koronavirus və neft

Источник: Foto: Meydan TV

Başlıq: koronavirus və neft

Azərbaycan hazırki neft satışının hər barelində itirir

İqtisadçı: “Neftin aşağı qiymətləri Neft Fondunun gəlirlərinə də təsir edib”

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 41 349,5 mln. ABŞ dollarıdır.

ARDNF-nin 2020-ci il aprelin 1-də yaydığı məlumatda belə deyilir.

Bu rəqəm 2019-cu ildə 43.322,68 milyon ABŞ dolları olub. Builki rəqəm ötən ilkindən 1.984 milyard dollar azdır.

İqtisaçı Rövşən Ağayev deyir ki, neftin aşağı qiymətləri Neft Fondunun gəlirlərinə də təsir edib. Bu, aprel ayında özünü göstərib:

“Fondun aprel ayı üzrə gəlirləri cəmi 220 mln. dollar təşkil edib. Belə ki, bu ilin ilk 3 ayında xam neft və qaz satışından 1.763 mırd. USD daxil olmuşdu. İndi isə aprel ayının nəticələri nəzərə alnmaqla açıqlanan rəqəmlərə görə, xam neft və qaz satışından Fondun daxilolması 1.983 mlrd. USD olub”.

İqtisadçı deyir ki, qiyməti daha uzunmüddətli müqavilələrlə tənizmlənən qazdan və "Şahdəniz" yatağı üzrə qaz kondensatından daxilolmaların nəzərə almasaq, sırf xam neftdən daxilolma yəyin ki, 100 mln. dollardan da azdır:

“Bu isə yanvar-mart ayı üzrə yalnız xam neft satışından əldə olunan orta aylıq daxilolamadan az qala 5 dəfə azdır”.

Rövşən Ağayev

Rövşən Ağayev

Источник: Meydan TV

Azərbaycanın 2020-ci ilin büdcəsində neftin bir barelinin qiyməti 55 dollardan hesablanıb. Təxminən hazırki qiymətin iki misli qədər. Bu, o deməkdir ki, Azərbaycan hazırki neft satışının hər barelində itirir.

Neftin dünya bazarında ucuzlaşmasına bir səbəb də Çində yaranıb dünyaya yayılan Covid-19 virusudur. Virusun daha böyük əhatədə yayılmasının qarşısının alınması üçün bir sıra dövlətlər qonşu ölkələrlə sərhədlərini qapayıb, beynəlxalq uçuşlara məhdudiyyət tətbiq edib, bir çox ölkələrdə sadə insanların evdən çıxması yasaqlanıb. Nəticədə neftə təlabat kəskin düşüb.

Artıq koronovirusdan dünya üzrə ölənlərin sayı 248 minə yaxınlaşır.

2020-ci ilin əvvəlində neftin qiyməti 70 dollar/barel, martın əvvəlində isə 50 dollar/bareldən çox olub.

Azərbaycan neftinin bir barelinin qiyməti ən son 2001-ci ilin dekabrında minimuma enmişdi. Bu zaman qiymət 19,15 dollar olmuşdu. 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollara qalxmışdı. Bu gün isə 23,51 dollardan təklif edilir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/79slnl

Самое читаемое