“Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurmada “Qazprom” zərər görüb”

Kreml iki ölkənin sərhədindəki vəziyyətdən narahatlığını ifadə edib.

Source: Specify Source


Bəzi erməni kəndlərinə qaz verilməsinin dayandırıldığı deyilir

“Azərbaycan sərhədində baş vermiş çatışmada Ermənistan ərazisindən keçən qaz boruları zədələnib”, – “Qazprom”un törəmə şirkəti “Qazprom Ermənistan” Rusiyanın “Tass” xəbər agentliyinə bildirib.

"İyulun 13-də baş vermiş fors-major hadisə nəticəsində qaz boruları zədələnib. Nəticə etibarilə Tavuş bölgəsinin Nerkin Karmiraxpyur, Aygepar kəndlərinə və qismən Çinari kəndinə qaz verilməsinin kəsilməsinə səbəb olub", -“TASS” şirkətə istinadən deyib.

Bazar günü Azərbaycan ilə Ermənistan arasındakı sərhəd xəttində silahlı qarşıdurma baş verib. Azərbaycan Silahlı Qüvvələri 11 hərbçisini itirib. Bazar ertəsi günü Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə yerləşən kəndin atəşə tutulduğunu deyib. Ermənistan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib. Münaqişə zamanı 4 Ermənistan əsgərinin öldürüldüyü bildirilir.

Kreml iki ölkənin sərhədindəki vəziyyətdən narahatlığını ifadə edib.

Ana səhifəDünya“Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurmada “Qazprom” zərər görüb”