AXCP

Источник: Meydan TV

Başlıq: AXCP

AXCP fəallarının evində axtarış aparılıb

Həbsdəki cəbhəçilərin ailə üzvlərinə müəmmalı zənglər gəldiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Orduya dəstək yürüşünə görə həbsdə olan fəallarının evlərində avqustun 4-də axtarış aparılıb. Bu barədə partiyanın mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilir ki, prokurorluq əməkdaşları AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli və Ceyhun Novruzovun yaşadığı evi axtarıblar:

“Ayaz Məhərrəmlinin yaşadığı evdən onun əmək kitabçasını götürüblər. Bundan əvvəl Bəxtiyar İmanovun, Məmməd İbrahimin ailəsinin yaşadığı evdə axtarış aparmışdılar. Bəxtiyar İmanovgildən adi flaşkartları, diskləri götürüblər”.

Avqustun 4-də həmçinin Bakı Apelyasiya Məhkəməsində yürüşə görə həbs olunan Gündüz Mirzəyevin haqqındakı həbs-qətimkan tədbiri qərarından şikayətə baxılıb. Onun şikayəti təmin edilməyib, barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilməsi haqda Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qarabağ yürüşünə görə həbsdə olan AXCP fəallarından Fuad Qəhrəmanlı, Ramid Nağıyev və digərlərinin vəkilləri hələ də onlarla görüşə bilməyib.

“Ombudsman Aparatından söz vermişdilər ki, Fuad Qəhrəmanlnın vəkilinin görüşməsinə imkan yaradılması üçün çalışacaqlar. Görünən budur ki, cəhdlər nəticə verməyib. Bu da Fuad Qəhrəmanlının təzyiq altında olması, onun üzərində xəsarət izləri barədə deyilənlərin əsaslı olduğunu düşünməyə əsas verir. Yoxsa bu adamları niyə vəkillərindən gizlədirlər? Vəkillə görüş, ailə üzvlərilə telefon əlaqəsi saxlamaq həbs olunan şəxsin ən adi hüquqlarıdır”, - deyə AXCP-dən bildirilib.

O da məlum olub ki, avqustun 3-də həbsdə olan cəbhəçilərdən bir neçəsinin evinə naməlum nömrədən telefon zəngi gəlib. Telefonda danışan qadın olub, zəng elədiklərinə həbsdəki üzvünün yanında olduğunu, narahatlığa heç bir əsas olmadığını deyib:

“Bəxtiyar İmanovun qardaşına gələn zəngdə deyilib ki, “Bəxtiyar yanımda oturub, salamatdı, narahat olmayın”. Qardaşı Bəxtiyarın özü ilə danışmaq istədiyini bildirib. Bəxtiyar bir kəlmə “Qoşqar, mənəm” deyib, bununla da telefon əlaqəsi kəsilib. Baba Suleymanlının da ailəsinə eyni məzmunda zəng gəlib. Anası Səbiqə Paşayevaya deyiblər ki, “oğlunuz buradadır, yaxşı olduğunu bildirir”. Sabiqə xanım oğlu ilə danışmaq istəsə də, telefondakı qadın deyib ki, icazə yoxdur. Amma yanına gələ bilərlər. Eyni şəkildə Seymur Əhmədzadənin həyat yoldaşı Firuzə Orucla da əlaqə saxlayıblar. Firuzə xanım Seymurun həqiqətən zəng eləyən şəxsin yanında olduğuna əminlik üçün tələb edib ki, dəstəyi ona versinlər. Seymur bir kəlmə “yaxşıyam, narahat olma” deyib”.

S.Əhmədzadənin xanımı Firuzə Oruc bildirir ki, həyat yoldaşı həbs olunandan bu yana keçən 18 gün ərzində ilk dəfə idi ki, onun səsini eşidirdi. Amma bu da onun təhlükəsizliyilə bağlı rahatlıq yaratmayıb: “Telefonda bir kəlmə “yaxşıyam” desə də, açıq-aşkar hiss olunurdu ki, yaxşı deyil. Seymura işgəncə verilməyibsə, niyə ailə üzvlərilə telefonla danışmaq hüququ məhdudlaşdırılır?”

F.Oruc onu da əlavə edib ki, “REAL TV”də həyat yoldaşına böhtan atıldığına görə bu qurumu və rəhbəri Mirşahin Ağayevi məhkəməyə verəcək: “Orada davamlı şəkildə həyat yoldaşım Seymur Əhmədzadəni, Qarabağ qazisi Asif Yusiflini xalqa təxribatçı kimi təqdim edirlər. Heç bir əsas, heç bir dəlil də yoxdur. Mən onların bu iyrənc əməllərini cavabsız buraxmaq niyyətində deyiləm. Ölkə daxilində obyektiv qərar çıxarılmasa belə, şikayətimi beynəlxalq məhkəməyə qədər daşıyacam”.

İyulun 15-dən sonra AXCP-nin 45 fəalı saxlanılıb. Onlardan 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka həbs cəzası verilib. Daha 17 nəfər haqqında cinayət işi başlanaraq, barələrində istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib. 10 nəfər isə sərbəst buraxılıb.

AXCP bu həbslərin repressiya olduğunu və Prezident İlham Əliyevin 15 iyulda Nazirlər Kabinetinin iclasında Xalq Cəbhəsi haqda nifrət çıxışından qaynaqlandığını bəyan edib. Partiyadan bildirilib ki, ittihamlar uydurmadır, həmin gün dövlət çevrilişi etməkdə ittiham olunan Fuad Qəhrəmanlı və Məmməd İbrahim və sıra başqa cəbhəçilər ümumiyyətlə, yürüşdə iştirak etməyib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/3u1kqb

Самое читаемое