Atıcı rəsmi qeydiyyatda olan silahla Kazan məktəbində minimum 8 adamı qətlə yetirib

Tatarıstandan matəm elan edilib

Source: fsdaf

Məqalə

Novaya Qazeta

saytında dərc olunub.

Kazanda Caudat Fayzi küçəsindəki 175 saylı məktəbdə atışma baş verib. Rusiya İstintaq Komitəsi baş vermiş olayla bağlı kütləvi qətl haqda cinayət işi qaldırıb (Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci bəndi üzrə).

Kütləvi informasiya vasitələri minimum 11 adamın həlak olduğunu xəbər verib, bu məlumat rəsmi təsdiqlənməyib. TASS Maarif Nazirliyindəki mənbəsindən dəqiqləşdirib ki, 32 adam zərər çəkib, onları xəstəxanaya aparırlar. OMON məktəbdə əməliyyat keçirib. Uşaqları əvvəlcə kabinetlərdə bağlı qapı arxasında saxlayıblar, sonra təxliyyə ediblər. Gimnaziyada atışma olarkən bəziləri pəncərədən aşağı tullanmaqla xilas olmağa çalışıb, nəticədə iki nəfər həlak olub. Tatarıstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə 20-dən artıq briqada göndərilib.

TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, atəş açan gənc yaxalanıb. Hücum edən ikinci şəxs güllələnib, onun şəxsiyyəti açıqlanmır, – “İnterfaks”ın mənbələri bildirir. Eyni zamanda Tatarıstan DİN bəyan edir ki, ikinci atəş açan haqqıında məlumatlar doğru deyil, tələbə Qalyaviyev tək olub.

“Baza”nın məlumatına görə, hücum edənlərdən biri 19 yaşlı İlnaz Renatoviç Qalyaviyevdir. O, dörd il əvvəl 174 saylı gimnaziyanı bitirib, hazırda kollecdə təhsil alır. “112 Telegram” kanalının iddiasına görə, məktəbə hücum etməzdən bir qədər əvvəl Qalyaviyev “Telegram”da hesab açıb, nə etmək istədiyi barədə xəbərdarlıq verib.

“Mash Telegram” kanalının və KİV-in bilgilərinə görə, Qalyaviyev “Hatsan ESCORT” tüfəngi ilə silahlanıb – Kerç atıcısı Vladislav Roslyakov da eyni silahdan istifadə edib.

“TİSBİ” kollecinin mətbuat xidmətindən RBK-ya bildiriblər ki, İlnaz Qalyaviyev 4-cü kurs tələbəsi olub, lakin 2021-ci ilin aprelində akademik borca görə qovulub (o, istehsal praktikasının müdafiəsinə və üç dövlət imtahanına gəlməyib). “Təhsil müddətində özünü sakit və konfliktsiz tələbə kimi göstərib. Həmişə səliqəli və sakit olub, tələbə yoldaşlarına və müəllimlərinə hörmətlə yanaşıb”, – təhsil müəssisəsində əlavə ediblər ki, Qalyaviyev yanvardan bəri kollecə gəlməyib və qrupun kuratoru ilə əlaqə saxlamayıb.

“Hatsan ESCORT silahının saxlanılmasına icazə Qalyaviyevə aprelin 28-də verilib, – Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn bildirib.

ezgif-7-7203fb2ec3f2.jpg
Foto: Andrey Yermolov
ezgif-7-e99c7714befc.jpg
Foto: Andrey Yermolov
Ana səhifəDünyaAtıcı rəsmi qeydiyyatda olan silahla Kazan məktəbində minimum 8 adamı qətlə yetirib