Atambayev qətldə ittiham edilir

Ballistik testlər Niyazbəyovun Atambayevə aid snayper tüfəngi ilə vurulduğunu müəyyənləşdirib

Source: google.az


Ballistik testlər Niyazbəyovun Atambayevə aid snayper tüfəngi ilə vurulduğunu müəyyənləşdirib

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev avqust ayında tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında iki gün davam edən qarşıdurma zamanı təhlükəsizlik işçisinin öldürülməsində ittiham olunur.

Dekabrın 13-də Daxili işlər naziri Kaşkar Junuşaliyev deyib ki, Atambayev avqustun 7-də Bişkek yaxınlığında yerləşən Koi-Daş kəndində ona aid evə hücum zamanı altı uşaq atası olan polkovnik Usenbek Niyazbəyova atəş açmaqda şübhəli bilinir.

Junuşalıyevin sözlərinə görə, ballistik testlər Niyazbəyovun Atambayevə aid snayper tüfəngi ilə sinəsindən vurulduğunu müəyyən edib.

Atambayev özü avqustun 8-də jurnalistlərə açıqlamasında deyib ki, o, evdə silaha sahib və çevik qüvvələr ilə tərəfdarları arasında baş verən qarşıdurma zamanı odlu silahdan atəş açan yeganə şəxs olub.

Atambayevin 2013-cü ildə həbsdə olan mütəşəkkil cinayətkar dəstənin başçısını qanunsuz sərbəst buraxılmasında iştirak etməsi ilə bağlı istintaqa çağırılmalara məhəl qoymadığı üçün onun yaşadığı evə təhlükəsizlik işçiləri göndərilmişdi.

Atambayev avqustun 8-də iki gün davam edən müqavimətdən sonra polisə təslim olub və həbs edilib.

O, dövlət nümayəndələrinə qarşı zor tətbiq etmək, kütləvi iğtişaşlar yaratmaq, qətlə rəhbərlik etmək, girov götürmək və korrupsiyada ittiham edilir.

Keçmiş prezidentin tərəfdarlarının çevik qüvvələrlə müqaviməti 47 yaşlı Niyazbəyovun ölümü və 79-dan çoxu hüquq-mühafizə orqanının əməkdaşı olmaqla 170-dən çox adamın yaralanması ilə nəticələnib.

Ana səhifəDünyaAtambayev qətldə ittiham edilir