Vəkil Aslan İsmayılov və oğlu Ziyəddin İsmayılov

Источник: Facebook

Оглавление: Vəkil Aslan İsmayılov və oğlu Ziyəddin İsmayılov

Aslan İsmayılov həbs olunmaq təhlükəsi ilə üzləşdiyini bildirib

Vəkil Aslan İsmayılov özünün və oğlunun həbs olunmaq təhlükəsi ilə üzləşdiyini bildirib. O, bu barədə “Facebook” sosial şəbəkəsindəki profilində yazıb. Vəkil bu məsələdə prezidentin köməkçisi Əli Həsənovu günahlandırıb.

Aslan İsmayılov yazıb ki, Əli Həsənov onu və oğlunu Vətənə xəyanətdə ittiham edib tutdurmaq istəyir. Vəkil Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət etdiyini bildirib. Müraciətində o yazıb:

“Siz də tələb edin ki, Əli Həsənovun diqtəsi ilə yazılan ərizələr, həm də mənim ərizəm ətraflı yoxlanılsın və Sizə məlumat verilsin. Bəlkə doğrudan da mən Vətən xainiyəm? DTX araşdırsın və Sizə məlumat versin. Yox, elə deyilsə Əli Həsənov kimdir, məqsədi nədir, söyüş kampaniyasına nə üçün başçılıq edir, bu barədə də Sizə məlumat versinlər. Bu barədə hərtərəfli araşdırmaya nail olsaq, dövlətimizin hansı təhlükədə olduğunu görəcəksiniz”.

Vəkil istənilən vaxt ölkədən getmək imkanının olduğunu xatırladaraq bildirib ki, onun Azərbaycanı tərk etmək fikri yoxdur:

“Mən tələb edirəm, Siz də qoşulun, qoy oğlanlarım Ziyəddin və Vaqif İsmayılovların, maraqları olsa ailəmin digər üzvlərinin, qohum-əqrəbamın da fəaliyyətini araşdırsınlar, hansı qəbahətləri varsa elan etsinlər. Bununla belə Əli Həsənovun ailə üzvlərinin və ən yüksək vəzifədə olan qohum-əqrəbasının fəaliyyətini, ölkəni talan etmələrini, dövlətçiliyimizə hansı təhlükələri yaratdıqlarını araşdırsınlar və məlumat versinlər. Siz də seyrçi olmayın, heç kimə, o cümlədən mənə də inanmayın, özünüz araşdırın. İndi bunu etmək çox asandır. Sosial şəbəkələrin, öz əlaqələrinizin imkanlarından istifadə edin. Azərbaycan çox balaca ölkədir. Hamı hamını tanıyır. Araşdırın və ictimailəşdirin”.

Bundan başqa Adil İsmayılov qeyri-hökumət təşkilatlarına, siyasət adamlarına, tanınmış ziyalılara da müraciət edib.

“Bir-birimizə münasibətdən asılı olmayaraq Siz də qoşulun. Birinci növbədə haqqımda nöqsanlarımı, qəbahətimi, cinayətlərimi bilirsinizsə elan edin, ifşa edin. Eyni hərəkəti Əli Həsənov komandasına qarşı da edin. Əgər kiminsə əlinə oynayıramsa, hərəkətlərimdə, yazılarımda, çıxışlarımda dövlətçilikdən başqa digər marağım varsa bunu elan edin. Baş verənlərə, Dövlətinizin gələcəyinə biganə qalmayın, cəmiyyətin təmizlənməsi üçün hərəkət edin, pisləri ifşa edin, haqsızlığa susmayın. Əminəm ki, bu gün Azərbaycanda çox ciddi hadisələr baş verir və bu hadisələr həmçinin Qarabağın taleyinə birbaşa təsir edəcək. Ona da əminəm ki, tarix bu gün baş verənlərə, kimlərin necə yanaşdığına hökmən düzgün qiymət verəcək!”

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/ou57z3

Самое читаемое