“Amnesty İnternational”

Источник: Foto: arxiv

Başlıq: “Amnesty İnternational”

“Amnesty İnternational” Əliyevə qarşı kampaniyaya başlayır: Dünyadan kütləvi məktublar gələcək

Статья обновлена:  10 Апрель 2020

Nigar Həzi: “Əgər Tofiq Yaqublu azad edilməsə, ABŞ hökumətindən Əliyevlər ailəsinin şirkətilə əməkdaşlığı dayandırmaq tələb olunacaq”

Müsavat partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbsinə görə dünyanın müxtəlif ölkələrindən Azərbaycan prezidenti İlham Əliyevə etiraz məktubları göndəriləcək. Gələn həftədən başlanacaq kütləvi məktubyazma kampaniyasının təşkilatçısı isə beynəlxalq insan haqları təşkilatı olan “Amnesty İnternational”dır.

T.Yaqublunun qızı Nigar Həzi Meydan TV-yə bu barədə açıqlamasında bildirib ki, göndərilən məktublarda Azərbaycan Prezidentindən onun azadlığa buraxılması tələb olunacaq: “Dünyanın bir çox ölkəsindən Prezident İlham Əliyevə “Tofiq Yaqublunu azad edin!” tələbilə birbaşa məktublar göndəriləcək”.

N.Həzinin sözlərinə görə, əgər kütləvi məktubyazma kampaniyası nəticə verməsə - T.Yaqublu azadlığa buraxılmasa, bundan sonra üçün “Amnesty İnternational” başqa addımlar da planlaşdırıb. T.Yaqublunun xəsarət yetirdiyi iddia olunan, iş üzrə zərərçəkmiş qismində tanınan Elxan Cəbrayılov “Silk Way” hava yolları şirkətində çalışır:

“Elxan Cəbrayılovun Prezidentin ailəsinə məxsus şirkətdə işləməsi də diqqətdən yayınmayıb. Əgər İlham Əliyev Tofiq Yaqublunu azad etməsə, növbəti kampaniya ABŞ hökumətinə və Müdafiə Departamentinə yönələcək. Tofiq Yaqublunun həbsində vasitəçi olan Elxan Cəbrayılov ailənin bu şirkətində işlədiyi üçün onlardan belə bir şirkətlə əməkdaşlığın dayandırılması tələb olunacaq. Kampaniya hələ başlamayıb, gələn həftəyə qədər vaxt var. Əliyev ya Tofiq Yaqublunu azad etməlidir, ya da sanksiyalar gözləməlidir”.

Tofiq Yaqublu

Tofiq Yaqublu

Источник: Foto: sosial şəbəkə

T.Yaqublu martın 22-də həbs olunub, martın 23-də isə Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu həbslə əlaqədar Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, siyasətçi Nizami rayonu, “8-ci kilometr bazarı”nın yanında T.Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.

T.Yaqublu isə T.Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, martın 22-də tutulmamışdan öncə “Facebook” səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı:

“Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı”nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır”.

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  10 Апрель 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/bebghd

Самое читаемое