Almaniyada barlara hücum zamanı beş Türkiyə vətəndaşı öldürülüb

Hessen torpağının daxili işlər naziri Peter Beuthın verdiyi məlumata görə şübhəli 43 yaşlı Almaniya vətəndaşı olub.

Source: Specify Source


Hadisənin irqçilik zəminində baş verməsi ehtimal edilir

Almaniyanın Hanau şəhərində iki bara hücum nəticəsində 9 nəfər öldürülüb. Hücumda şübhəli bilinən şəxs hadisədən sonra 72 yaşlı anasıyla birlikdə yaşadığı evdə ölü tapılıb. Hücumda öldürülənlərin çoxu immiqrant olduğu bildirilir. Türkiyənin Almaniyadakı səfiri Ali Kamal Aydın TRT-nin Hanaudan canlı yayınında hücumda öldürülənlərin beşinin Türkiyə vətəndaşı olduğunu bildirib.

Hessen torpağının daxili işlər naziri Peter Beuthın verdiyi məlumata görə şübhəli 43 yaşlı Almaniya vətəndaşı olub. Beuth şübhəlinin anasıyla birlikdə yaşadığını və hər ikisinin hadisədən sonra odlu silahla öldürüldüyünü deyib. “Deutsche Welle” xəbər verir ki, araşdırma Federal Prokurorluğa yönləndirilib. “Bild” nəşrinin məlumatına görə, Hanau şəhər mərkəzində ilk hücum “Midnight” adlı nargilə bara olub. Hücum edən şəxs bara girərək atəş açıb və 5 nəfər burada həyatını itirib. İkinci hücum “Kurt Schumacher” Meydanında olub və burada 4 nəfər öldürülüb. Şübhəli şəxs ölmədən öncə məktub yazıb və “Almanyadan deport edilməsi mümkün olmayan bəzi xalqların yox edilməli olduğunu” qeyd edib.

Almaniyanın kansleri Angela Merkel hadisəyə görə Halledə qatılacağı tədbirdən imtina edib. Almaniya hökumətinin sözcüsü Şteffen Zaybert (Steffen Seibert) də hadisəni “dəhşətli cinayət” adlandırıb. Almaniya Xarici İşlər Naziri Hayko Maas (Heiko Maas) “Hanuadakı dəhşətli hadisələr hamımızı üzdü”, deyib. Maas öldürülənlərin yaxınlarına başsağlığı və yaralılara şəfa diləyib. Sosial Demokrat Partiyasının başqanı Saskia Esken hadisəni “terror” adlandırıb. Türkiyə prezidentinin sözcüsü İbrahim Kalın da “Twitter” hesabından açıqlama verib və hadisəni “irqçi hücum” kimi xarakterizə edib. “Hadisəni aydınlatmaq üçün Almaniya rəsmilərindən səy göstərmələrini gözləyirik. İrqçilik kollektiv xərçəngdir”, o bildirib.

Ana səhifəDünyaAlmaniyada barlara hücum zamanı beş Türkiyə vətəndaşı öldürülüb