Almaniya

Источник: REUTERS

Başlıq: Almaniya

Almaniya Türkiyəyə səyahət qadağasını qaldırıb

Turizm kurort zonalarına getmək mümkün olacaq

Almaniya Türkiyənin tətil bölgələrinə səyahət ilə bağlı xəbərdarlığı sonlandırıb, - “Reuters” xəbər verir.

Almaniyanın Xarici İşlər Nazirliyi çərşənbə axşamı günü verilən qərarda Antalya, İzmir, Aydın və Muğla əyalətləri üçün xəbərdarlıqların sona çatdığını qeyd edib. Bu ərazilərə Bodrum, Fethiye, Kuşadası, Kemer, Side, Alanya və Belek kimi turizm kurortları daxildir.

“Reuters” xəbər verir ki, Türkiyə hökuməti bütün səyahətçilərdən iki gün ərzində verilmiş neqativ test nəticələrini göstərmələrini tələb edəcək. Almaniya kurortlarda infeksiya nisbətlərinin aşağı olduğunu, həftədə 100,000 əhaliyə yalnız beş yeni yoluxma halı qeydə alındığını deyib.

Türkiyə Almaniyadan və digər Avropa ölkələrindən bu ölkələrə səyahət xəbərdarlıqlarını qaldırmağa çağıraraq, haqsız olduqlarını və ehtimal ki, Yunanıstan, İspaniya və İtaliya kimi ölkələrə tətil tələbini artırmağa çalışdıqlarını deyib. Turizm Türkiyə üçün xarici valyuta gəlirlərinin ən önəmli mənbələrindən biridir. Keçən il turizmdən Türkiyə təxminən 35 milyard dollar əldə edib. Ölkə 2016-cı ildən sonra baş vermiş valyuta böhranında lirəni sabit tutmağa çalışır.

Almaniya yoluxma halları artarsa, yenidən Türkiyəyə səyahət qadağası tətbiq ediləcəyini bildirib. Rusiyadan sonra Almaniya Türkiyəyə ən çox turist göndərən ölkədir. Üç milyondan çox Almaniya vətəndaşı türk mənşəlidir.

Türkiyə hökuməti çərşənbə axşamı COVID-19 yoluxmalarında sıçrayış qeydə alındığını bildirib. Səhiyyə naziri Fahrettin Koca son həftələr ərzində infeksiyaların gündəlik həddinin 1000-dən 1,083-ə qalxdığını bildirib, - yerli Türkiyə mediası xəbər verir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/s3cedl

Самое читаемое