None

Источник: 

Alman partiyası SOCAR-dan ianə alıb?

"Bu, mühafizəkar siyasətçilərlə diktatura rejimi arasındakı əlaqələrə işıq salır"

Almaniyanın CDU partiyasının Azərbaycanın dövlət şirkətindən ianə aldığı bildirilir. “Deutche Welle” yazır ki, bu, “mühafizəkar siyasətçilərlə diktatura rejimi arasındakı əlaqələrə işıq salır”. (Tərcümə: AzadlıqRadiosu)

Məlumatda Kansler Angela Merkelin Xristian Demokrat Partiyasının (CDU) regional şöbələrindən birinin Azərbaycanın dövlət neft-qaz şirkəti olan SOCAR-dan 28 min avro (33 min 114 dollar) alaraq Almaniyanın partiya ianələri qaydalarını pozduğu qeyd olunur. Xəbəri NDR, WDR və "Süddeutsche Zeitung" media orqanları yayıb.

3 min və 25 min avroluq iki ödənişi SOCAR-ın Almaniyadakı filialının 2012-ci il fevralın sonunda CDU-nun Frankfurtdakı şöbəsinin hesabına yatırdığı qeyd olunur.

"Ölkə qanunları partiyaların AB üzvü olmayan ölkələrdən ianə qəbul etməsini yasaqlayır. Bu səbəbdən dörd il ərzində Parlament Administrasiyası ilə pərdəarxası hüquqi mübahisə gedib", - məlumatda belə deyilir.

CDU-nun bölgə filialı ianəni qeyd-şərtsiz qəbul etsə də, Berlin qərargahındakı auditorlar Almaniya Bundestaqı administrasiyasını dərhal xəbərdar ediblər. Administrasiya 2013-cü ilin payızında bu hədiyyənin qanunla qəbuledilməz olması qərarına gəlib. Bundan sonra CDU vəsaiti dərhal müsadirəyə təslim edib.

Məqalədə qeyd olunur ki, qanunu pozmasına baxmayaraq, partiya cərimə ödəməyəcək. İnzibati məhkəmənin apreldə çıxardığı qərara görə, belə hallarda özünüifşa nəinki cəzaları yüngülləşdirir, hətta ondan tamamilə yayınmağa imkan verir.

Ancaq bu məsələnin mühafizəkar CDU/CSU blokuyla Azərbaycanın əlaqələrinə, bu ölkənin ianələrdə hansı məqsədi güdməsinə dair suallar yaratdığı bildirilir.

SOCAR-ın Almaniya filialının rəhbəri Anders Egen Mamedov "Süddeutsche" qəzetinə deyib ki, şirkətin siyasətçiləri münasibətləri “Azərbaycan və SOCAR-ın geosiyasi əhəmiyyəti fonunda” baş verir. Buraya hazırda tikilməkdə olan, yeddi ölkədən keçən kəmər şəbəkəsi də daxildir.

2013-cü ildə bu nəhəng qaz kəməri layihəsi Nabucco-Qərb kəmərindən üstün tutulub, ona AB-nin o vaxtkı enerji komissarı, CDU-dan siyasətçi Günther Oettinger dəstək verib.

Mamedov və SOCAR-ın Almaniyada idman və mədəniyyət assosiasiyalarına da ianə ayırdıqları bildirilir. Ancaq Mamedov bu barədə detallı, yaxud Almaniya və ya Avropa partiyaların mümkün ianələr barədə danışmaq istəməyib.

“Süddeutsche” onu da yada salır ki, CDU-dan millət vəkili Karin Strenz üç ay ərzində Azərbaycanın maliyyələşdirdiyi lobbi firması üçün çalışdığını açıqlamayıb. Həmin şirkətə CSU-nun keçmiş üzvü Eduard Lintner rəhbərlik edir. O, 2009-cu ildən Azərbaycandan ötrü lobbiçilik edir.

“Avtoritar ölkəyə rəğbətinin daha bir əlaməti kimi, Strenz 2015-ci ilin iyununda Avropa Şurasının Azərbaycanı siyasi məhbusları azad etməyə çağıran qətnaməsinə qarşı səs verib. O, belə davranan yeganə alman deputat olub”, – qəzet daha öncə yazırdı.

Avropa Parlamentinin 2015-ci ilin sentyabrında qəbul etdiyi qətnamədə isə deyilirdi ki, Azərbaycan “son 10 ildə Avrasiya məkanında demokratik idarəçilikdə ən böyük geriləmə yaşayan ölkə olub”.

Azərbaycan rəsmiləri isə ölkədə demokratiya və insan haqlarıyla bağlı beynəlxalq qurumların, media orqanlarının tənqidlərini qəbul etmirlər. Rəsmilər bütün bunları ölkəyə qarşı “məqsədyönlü qarayaxma kampaniyası” adlandırır, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirirlər.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/fdbcfe

Самое читаемое