Ahmet Kayanın mahnısını oğurlamaqda ittiham edilən Adelin klipi son on ilin birincisi oldu

Siyahıda həmçinin Pink, Mayli Sayrus, Castin Biber, Beyonse, Dreyk, Deddi Yanki və başqa əcnəbi ifaçıların klipləri də yer alıb.

Source: Foto: arxiv


Son on ilin ən yaxşı klipinin adı açıqlanıb

Çoxsaylı beynəlxalq musiqi mükafatlarına layiq görülən britaniyalı müğənni Adel yenə birinci olub.

İfaçının “Rolling in the Deep” mahnısı

“BuzzFeed”

portalının tərtib etdiyi 50 ən yaxşı musiqili klip sırasında birinci olub.

Reytinq baxış sayının statistikasına əsasən tərtib edilib.

Siyahıda həmçinin Pink, Mayli Sayrus, Castin Biber, Beyonse, Dreyk, Deddi Yanki və başqa əcnəbi ifaçıların klipləri də yer alıb.

Adel “Grammy” musiqi mükafatının 18 nominasiya üzrə 15-nə layiq görülüb. Həmçinin nüfuzlu “Billboard music awards”ın təqdimat mərasimində 18 mükafatdan 12-sini alıb.

İfaçının “21” adlı albomu “Ginnesin rekordlar kitabı”na daxil olub. İngiltərdə bir il ərzində üç milyondan çox tirajla albomu satılan yeganə qadın sənətçi sayılır.

O, musiqi tarixində “İlin albomu” (“21”, “25” albomları), “İlin səs yazısı” və “İlin mahnısı” mükafatlarına üst-üstə layiq görülən ilk ifaçı olub.

“Skyfall” mahnısı “Qızıl qlobus” və “Oskar” mükafatlarını qazanıb.

Adel 2015-ci ildə türkiyəli müğənni Ahmet Kayanın pərəstişkarları tərəfindən mahnı oğurluğunda ittiham olunmuşdu.

Türkiyə mətbuatı

Britaniyalı müğənninin “Million Years Ago” adlı musiqi əsərinin Ahmet Kayanın 1985-ci ildə işıq üzü görmüş “Acılara tutunmak” mahnısı ilə oxşar olduğunu yazmışdı.

Ana səhifəMədəniyyətAhmet Kayanın mahnısını oğurlamaqda ittiham edilən Adelin klipi son on ilin birincisi oldu