Ağdamlı: “Ayaqyalın, başıaçaq qaçacam evimə”

Ağdamlı: “Ayaqyalın, başıaçaq qaçacam evimə”

Ağdamlılar bir-birlərini təbrik edirlər. Artıq onların köçkünlük həyatları başa çatır.

“Ağdam xəbərini eşidəndə dəli kimi çığırdım. Az qaldı, başımı-gözümü yolam. İlk onu düşündüm ki, necə gedəcəm? Yolu birinci haradan keçəcəm? Belə karıxdım. Sonra xatırladın ki, bir dükan var. O dükanın yanından sola dönüb gedəcəm, evim oradadır…”-Ağdamdan məcburi köçkün düşmüş Müşkülat Mehdiyeva sevincini bölüşür.

Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanatın şərtinə uyğun olaraq noyabrın 20-də Azərbaycan Ordusu 27 il işğalda olan Ağdama daxil olub.

Ana səhifəVideoAğdamlı: “Ayaqyalın, başıaçaq qaçacam evimə”