Источник: Google

ADR Hərəkatı icra hakimiyyətini məhkəməyə verir

Təşkilat piketi təxirə salır

ADR Hərəkatı Bakı Şəhər İcra Hakimiyyətini (BŞBPİ) məhkəyə vermək və piketi təxirə salmaq qərarına gəlib.

Hərəkatın yaydığı məlumatda bildirilir ki, BŞİH oktyabrın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirmək istədikləri piketə yox dedikdən sonra qərar İdarə Heyətində müzakirə olunub.

Bakı Şəhər İcra Hakimiyyəti 15 noyabr 2019-cu il tarixli cavab məktubunda “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin I hissəsinə istinadən piket təşkilatçıları qrupunun təklif etdiyi yerlərdə piket keçirilməsini məqsədəuyğun hesab etməyib. Məktubda qeyd edilir ki, həmin ərazidə piyadaların sıxlığı, nəqliyyatın intensivliyi nəzərə alınaraq, orada toplantının keçirilməsi ictimai asayişin təmin edilməsi baxımından çətinlik yaradacaq.

ADR Hərəkatı hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin qərarı vətəndaşların sərbəst toplaşmaq hüququna qanunsuz və kobud müdaxilədir:

“Belə ki, həmin qanunun 8-cu maddəsinin 8-ci bəndində deyilir ki, yalnız fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudiyyət qoyula bilər və ya onların keçirilməsi qadağan edilə bilər. Beləliklə də, Bakı Şəhər İcra Hakimiyyəti qanunvericilikə təsbit olunmuş insan hüquq və azadlıqlarının, ilk növbədə sərbəst toplaşmaq azadlığının pozuntusuna yol verib, sərbəst toplaşmaq azadlığını təsbit edən 49-cu maddəni pozub”.

ADR Hərəkatı bu səbəbdən məhkəməyə müraciət edir və bununla əlaqədar olaraq planlaşdırdığı piketi təxirə salır.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/ckfcfl

Самое читаемое