”80-90 faiz respondent plastik paketlərdən imtinaya razıdır”

Umayra Tağıyeva: ”Əleyhdarlar səbəb kimi vərdiş etdiklərini göstərirlər”

Source:
Umayra Tağıyeva
Umayra Tağıyeva


Umayra Tağıyeva: ”Əleyhdarlar səbəb kimi vərdiş etdiklərini göstərirlər”

Marketlərdə istər parça, istər kağız torbalardan istifadəyə üstünlük verilməlidir.

“Report” xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Umayra Tağıyeva

deyib.

Onun sözlərinə görə, ən çox təhlükə yaradan nazik, 20 mkr-dan aşağı olan və əhali arasında “pinqvin” adlandırılan poletilen torbalardır.

“Bu torbalar həddindən çox istifadə olunur. Əsasən də, qadınlar bilməlidir ki, məişətdə istifadəsi rahat olsa da, həm sağlamlığımıza, həm ətraf mühitə ziyanı böyükdür”.

Onun sözlərinə görə, bir neçə aydır ki, Nazirlik tərəfindən ətraf mühitə plastik tullantıların mənfi təsirini azaltmaq məqsədilə həm maarifləndirici təbliğat işləri, həm də bu məsələnin həllinə yönələn tədbirlər planının hazırlanması və qəbul olunması istiqamətində aktiv işlər görülür.

O deyib ki, bu məqsədlə bu yaxınlarda bir neçə kütləvi informasiya vasitələrində sorğular keçirilib. Şöbə müdiri qeyd edib ki, sorğunun “Plastik məhsulların istifadəsinin məhdudlaşdırılmasına hazırsınızmı?” sualına cavab verən respondentlərin 80-90,6 faizi buna razı olduqlarını bildiriblər, digərləri isə plastikin məhdudlaşdırılmasının tətəfdarı olmadıqlarını bildirərək buna səbəb kimi plastikdən istifadəyə vərdiş etdiklərini əsas gətiriblər.

Dünyanın bir çox ölkələrində plastik paketlərin istifadəsi dayandırılıb. Buna səbəb plastik tullantıların planetə verdiyi kəskin zərərlərdir. Belə ki, hal-hazırda okean sularında 5 trilyondan artıq plastik maddə var. Əgər 1950-ci ildə 2.3 milyon ton plastik istehsal edilirdisə, 2015-ci ildə bu rəqəm 448 milyon ton olub. İstehsal edilən plastikin 40 faizdən artığı birdəfəlik istifadə üçün nəzərdə tutulur. Plastik maddə azı 450 il ərzində parçalanmadan təbiətdə qalır. “

National Geografik”

jurnalı bildirir ki, bu artım belə davam etsə 2050-ci ildə bütün su quşları və böyük balıqlar plastik maddə yeyəcəklər. Bu tullantıları yeyən böyük balıqların sonu isə adətən ölümlə nəticələnir.

Araşdırmalar göstərir ki, plastik tullantılar eyni zamanda, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafına maneə yaradır. Digər tərəfdən, bu tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosferi zəhərləyir.

Əksər Avropa ölkələrində plastik torbalardan istifadənin məhdulaşdırılması istiqamətində əsas tədbir kimi plastik torbaların ödənişli olmasından və ya ekoloji vergi tətbiqindən istifadə edilir. Hazırda bir çox Avropa ölkələrində dəfələrlə istifadə olunan parça torbalardan və ya asanlıqla parçalanan kağız qablaşdırma materiallarından istifadəyə üstünlük verilir.

Ana səhifəXəbərlər”80-90 faiz respondent plastik paketlərdən imtinaya razıdır”