50 müharibə əlilinə avtomobil verilib

Nazir müavini: “Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi planlaşdırılıb”

Source: Meydan Tv


Nazir müavini: “Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi planlaşdırılıb”

Daha 50 Qarabağ müharibəsi əlilinə “Xəzər” markalı avtomobil verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, indiyədək müharibə əlillərinə 6474, o cümlədən cari ilin ötən dövründə 330 avtomobil verilib.

Sentyabrın 12-də keçirilən təqdimetmə mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib ki, sosial islahatlar paketi əməkhaqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artmasına gətirib çıxarmaqla 4,2 milyon insanın rifahına ciddi dəstək olub.

Nazir müavini deyib ki, 2019-cu ildə müharibə əlillərinə 600-ə yaxın avtomobil veriləcək. Bu, nəzərdə tutulduğundan 3,2 dəfə çoxdur.

“Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi planlaşdırılıb, bu ilin ötən dövründə onlardan artıq 110 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6764 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub,”-nazir müavini deyib.

Verilən avtomobillər
Verilən avtomobillər
Verilən avtomobillər
Verilən avtomobillər
Ana səhifəXəbərlər50 müharibə əlilinə avtomobil verilib