2020-ci ilin “Ən yaxşı filmi” açıqlandı

Əgər Çörçill İkinci Dünya Müharibəsini ağır spirtli intoksikasiya vəziyyətində udubsa, kim bilir, bir neçə qurtum spirt içən müəllimlər nələr edəcək.

Source: Specify Source


Avropa Kino Akademiyası bu ilin ən yaxşı filminin adını açıqlayıb

Danimarkalı rejissor Tomas Vinterberqin “Another Round” (“Daha bir dəfə”) Ещё по одной — Русский трейлер (2020) – YouTube ekran işi “İlin ən yaxşı filmi” seçilib.

Film dörd müəllimin maraqlı təcrübəsindən bəhs edir. Gündəlik dərslərdən yorulan müəllimlər belə qərara gəlirlər ki, insanın doğulduğu gündən spirtli içkiyə ehtiyacı var. Onlar bu nəzəriyyəni öz üzərlərində tətbiq etməyə qarar verirlər. Bundan ilhamlanan Martin və dostları eksperimentə başlayırlar. Onlar bütün iş günü boyunca spirtli içkinin təsirində qalmağa çalışırlar. Əgər Çörçill İkinci Dünya Müharibəsini ağır spirtli intoksikasiya vəziyyətində udubsa, kim bilir, bir neçə qurtum spirt içən müəllimlər nələr edəcək. İlk nəticələr müsbətdir və müəllimlərin kiçik layihəsi həqiqi bir akademik işə çevrilir. Bu oyunun bəzi iştirakçıları gələcəyi yaxşı görsə də, digərləri dəli olmaq dərəcəsinə çatır.

Tragikomediyada baş rolu Mads Mikkelson oynayır.

Avropa Kino Akademiyası — 1988-ci ildə İsveç rejissoru İnqmar Berqmanın təşəbbüsü ilə yaradılıb. Qaliblərə “Feliks” mükafatı təqdim olunur.

img_5829.jpg
Film dörd müəllimin maraqlı təcrübəsindən bəhs edir.
Ana səhifəMədəniyyət2020-ci ilin “Ən yaxşı filmi” açıqlandı