”Zorla evləndirilən 18 yaşlı Aysun Hacıyeva intihar edib”

”Zorla evləndirilən 18 yaşlı Aysun Hacıyeva intihar edib”

Avqustun 5-dən 6-na keçən gecə Cəlilabad rayonunun Əliqasımlı kəndində 18 yaşına yenicə keçmiş Aysun Hacıyeva intihar edib. Babası İlyas Hacıyev deyir ki, nəvəsi axşam Space kanalında gənc qızın zorla ərə verildiyinə görə intihar etməsi xəbərinə baxıb və ondan sonra gecə gedib hamamda intihar edib. Amma Aysunun qonşuları, sinif yoldaşı və rəfiqələri bu fikirdə deyillər. Aysunun sinif yoldaşı deyir ki, onunla ancaq bir il bir sinifdə oxuyublar. Birinci sinifdən sonra valideynləri Aysunu məktəbdən çıxarıb. O, əkin sahələrində məhsul yığaraq evə pul aparırmış. Qonşular deyir ki, 1 ay olar Bərdədən olan oğlanla Aysunun evliliyinə razılıq verilib. Ailələr bir-birilərinə gedib-gəlib. Ona elçi düşən babasının maşınını təmir etmək üçün onların evlərinə gələn usta olub. Usta qızı bəyənib və onunla evlənmək istəyib. Qonşular deyir ki, Aysu bu evliliyə razı olmayıb. İntihar etdiyi gün də rəfiqələri ilə görüşərək, “ola bilsin, siz bir də məni görmədiniz” deyib. Aysu uşaqlıqdan valideynlərindən ayrı yaşayıb. Anası atasından ayrılıb və növbəti dəfə evlənib. Atası da evlilik həyatı qurub. Aysu baba və nənəsinin himayəsində böyüyüb. Rəfiqələrindən soruşuruq ki, onu necə xarakterizə edərdiniz? Deyirlər, mehriban idi. Utancaq deyildi, diribaş qız idi. Bütün əziyyətli işləri görürdü. Babası deyir ki, nəvəsinin evliliyinə hələ razılıq verilməmişdi. Sadəcə ailələr bir-birlərinə gedib tanış olmuşdular. “Heç kim onu heç nəyə məcbur etmirdi” deyir İlyas Hacıyev. Soruşanda ki, bəs nəvəniz niyə intihar etdi? Səbəbini bilmədiyini deyir.

Ana səhifəVideo”Zorla evləndirilən 18 yaşlı Aysun Hacıyeva intihar edib”