Yevlaxda polislə sakinlər arasında qarşıdurma olub

Məlumatda deyilir ki, tədbirlərin sərtləşdirilməsinin səbəbi bu məhəllənin sakinləri arasında 53 nəfərin koronavirusa yoluxması olub.

Source: Foto: arxiv


Sakinlərin karantin rejiminin sərtləşdirilməsinə etiraz etdiyi bildirilir

Yevlax şəhərində "Qaraçılar məhəlləsi" kimi tanınan ərazisinin bir qrup sakini ilə polis arasında qarşıdurma yaşandığı bildirilir. Bu barədə “Turan”a yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, münaqişə sakinlərin karantin rejiminin sərtləşdirilmiş tədbirlərinə riayət etməkdən imtina etməsindən sonra baş verib.

Məlumatda deyilir ki, tədbirlərin sərtləşdirilməsinin səbəbi bu məhəllənin sakinləri arasında 53 nəfərin koronavirusa yoluxması olub. Ümumilikdə isə son bir gündə şəhərdə 80 nəfər koronavirusa yoluxub. Bununla əlaqədar karantin tədbirləri sərtləşdirilib. Amma bu, sakinlərin narazılığına səbəb olub, onlar etiraz aksiyası keçiriblər və polislərə daş atıblar.

Şəhərə daxili qoşunların hərbi qulluqçuları yeridilib. Danışıqlardan sonra etiraz edənlərin bir hissəsi dağılışıb, həkimlər onlardan test götürməyə başlayıb.

“Testlərin cavabları gələnə qədər həmin yerdə məhdudlaşdırıcı karantin tədbirləri davam etdiriləcək”, – deyə Daxili İşlər Nazirliyindən bildiriblər.

Ana səhifəSosialYevlaxda polislə sakinlər arasında qarşıdurma olub