Rəşad Əliyev yanğından sonra evində qalmayan əşyalarının yerini göstərir. 22 fevralda Sumqayıtda yaşayan sakinin evi yanıb. Axşamçağı saat 5-6 radələrində ilkin ehtimala görə elektrik naqillərinin qısaqapanmasından ev alışıb. İndi evdə ələ gəlinəsi heç nə yoxdur. Sənədlər, paltarlar, məişət cihazları, hamısı yanıb.
Rəşad Əliyev günü 10-15 manata fəhləlik edir. Bu pulla 4 uşağını dolandırır. 9 ildir yaşadığı evi imkansızlıqdan təmir edə bilməyib. Suvaq çəkib içində yaşayırmış. Deyir, yanğından sonra əşyaları ilə birlikdə ona 20-25 min manat arasında ziyan dəyib. Evini əvvəlki halına qaytarmaq imkanı xaricindədir.