Xodorkovski və Putin

Source: google.az

Caption: Xodorkovski və Putin

Xodorkovski: Putin institutlara inanmır

“İnkişaf baxımından Rusiya ən azı 60 ilə Avropadan geri qalır”

Azadlıq Radiosuna geniş müsahibəsində rusiyalı iş adamı Mixail Xodorkovski Rusiya prezidentini təhlil edib. O, müxalifətin perspektivləri və Rusiyanın problemləri barədə danışıb.

Müsahibə zamanı Rusiya prezidenti Vladimir Putinin əsas müxaliflərindən biri olan Xodorkovski Kremlin rəhbərinin 20 il hakimiyyətdə qalma qabiliyyətinə hörmətini gizlətməyib.

Oktyabrın 1-də Almaniyanın paytaxtı Berlində çıxış edən Xodorkovski Putini “avtokrat” adlandırıb. Qeyd edib ki, Putində insanlarda zəif cəhətləri aşkarlamaq bacarığı var.

“Putin ölkədəki siyasətçilərə və dünya liderlərinə onların xoşlandığını və ya eşitmək istədiklərini söyləməyi bacarandır”- Xodorkovksi deyib:

“Hər hansı casus kimi Putin ABŞ prezidenti Donald Tramp, İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni və digər dövlət liderləri ilə münasibətləri təsirli şəkildə idarə edib”.

56 yaşlı Xodorkovski Putinin keçmiş karyerası - casusluq haqqında danışarkən, “KGB yaxşı məktəb olub” - deyə bildirib:

“Putin 20 il əvvəl ictimaiyyət inqilabdan yorulduğu və əks-inqilab istədiyi zaman, xalqın əhval-ruhiyyəsini ələ keçirmək kimi bacarığına əsaslanaraq hakimiyyətə gəlib.

Ancaq yeni nəsil yetişib, belə ki, cəmiyyət dəyişib və insanlar fərqli bir şeylər istəyirlər”.

“Putinin uzunömürlülüyünün digər amili ondan ibarətdir ki, o, makroiqtisadi məsələləri Mərkəzi Bankın sədri Elvira Nabiullina, “Sberbank”ın baş direktoru Herman Qref və iqtisadi inkişaf naziri Maksim Oreşkin kimi sistemli liberallara” həvalə edib.

Məhz bu insanlar Rusiya iqtisadiyyatındakı uğursuzluqların qarşısını alıblar”- Xodorovski qeyd edib.

Xodorkovski ömrünün 10 ilini həbsdə keçirib.

“Mənim yeganə səhvim budur ki, keçmiş prezident Boris Yeltsin 2000-ci ildə Putini onu əvəz edəcək birisi olaraq seçdiyində bu seçimə güvənmişəm. Boris Nikolayeviç ölkəyə deyil, özünə və ailəsinə fayda gətirən seçim etdi,”- Xodorkovski deyib.

Putinin əsas çatışmazlığına gəlincə, Xodorkovski deyib ki, o, heç bir institutlara inanmır:

“Putin düşünür ki, insan ona sadiq olmalıdır. O inanır ki, o, insanlara nəzarət edə bilər, institutlara isə yox.

İnkişaf baxımından Rusiya ən azı 60 ilə Avropadan geri qalır. Moskva hardasa 1980-ci illərdədir”.

Xodorkovski homojen müxalifət qrupunu da “səhv” adlandırıb: “Onlar hakimiyyətə gələrsə rejim dəyişməyəcək, yalnız simalar və adlar dəyişəcək.”

Onun fikrincə, hakimiyyətdə hər hansı bir dəyişiklik müntəzəm olaraq azad və ədalətli seçkilərlə, demokratik yolla edilməlidir:

“Demokratiyalar avtoritar rejimlərdən üstündür, çünkü onlar dəyişikliyə və problemlərə cavab verməyə daha sürətlə adaptasiya olurlar. Rusiyada qanunun aliliyi olmadığı üçün istənilən avtokrat başa düşür ki, o, vəzifəsindən gedərsə, əgər ölməszə, həbsxanaya düşəcək”.

Xodorkovski Putin haqqında deyib:

“Hər hansı bir avtokrat başa düşür ki, əgər o, tarazlığın əsas elementi olmazsa, düşəcək və ən yaxşı halda sonu həbsxana olacaq. Buna görə Putin kimi bir avtokrat, şəxsən tarazlığı özü təmin edir”.

Onun sözlərinə görə, Rusiyanın bəzi problemləri uzaqdan mənasız görünür, lakin 140 milyon əhalisi olan bir ölkə kimi problemləri hələ də Avropa üçün önəmlidir:

“Rusiya Avroatlantik sivilizasiyanın bir hissəsidir. Hələ də haraya aid olduğunu tam qərar verməyib,” - Xodorkovski deyib: “Bu, sivilizasiyaların rəqabəti üzərində qurulan bugünkü dünyada çox əhəmiyyətlidir”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/nq0tos

Most Viewed