Xırdalandakı partlayışda ölən var

Yalnız Vüsal Musayev reanimasiyadadır.

Source: Meydan TV


DİN həlak olan şəxsin adını açıqlayıb


Yanvarın 25-də

Xırdalan şəhəri, 27-ci məhəllədə ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində uçqundan sonra aparılan axtarışda 1 nəfərin cəsədi çıxarılıb.

DİN-nin mətbuat xidmətinin rəsmisi Elşad Hacıyev Meydan TV-yə 2012-ci il təvəllüdlü Fatimə Musayevanın meyitinin tapıldığını təsdiqləyib. Gecə isə onun anası, 1988-ci il təvəllüdlü Aytən Musayevanın meyiti aşkar edilmişdi.

TƏBİB-dən APA-ya deyiliblər ki, xəsarət alan Emil Əliyev, Arif Hüseynov, 11 yaşlı Firudin Musayev, Simayə Ələzova və Xədicə Şükürzadə Xədicə evə buraxılıblar.

Yalnız Vüsal Musayev reanimasiyadadır.

Ana səhifəSosialXırdalandakı partlayışda ölən var