Source: Meydan Tv

Xətai rayonunda polislə vətəndaşlar arasında qarşıdurma yaşanıb

BŞBPİ faktla bağlı məlumat yayıb

Bakının Xətai rayonunda bir qrup vətəndaşla polis arasında qarşıdurma yaşanıb. Sosial şəbəkələrdə yayılan videogörüntülərdən belə məlum olur ki, polis yeniyetmələrə qarşı zor tətbiq edir, digər sakinlər isə onların bu hərəkətini etirazla qarşılayır. Hadisə İlqar Zülfüqarov küçəsində qeydə alınıb. Bu dəfə polislər iki yeniyetməni zorla şəxsi maşına basmağa cəhd ediblər. Sakinlər maşının 90-HS-369 nömrə nişanlı olduğunu deyirlər.

Polis zorakılığına ərazidəki digər sakinlər etiraz edib. Onlar maşının qarşısına keçərək polisə mane olmağa cəhd ediblər.

Bakı şəhər Baş Polis İdarəsi hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Ucar rayon sakinləri olan və hazırda Xətai rayonunda kirayədə yaşayan Mirqalib və Mircavad Əliyev qardaşları xüsusi karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq mübahisəli vəziyyət yaradıblar:

“Onlardan müvafiq icazələrinin olub-olmaması ilə bağlı şəxsiyyətlərini təsdiq edən sənəd tələb edildikdə onlar qəsdən polisin tələbinə tabe olmayıblar. Onlar şəxsiyyətlərini müəyyən etmək üçün polis bölməsinə aparılarkən orada olan qardaşların atası polisin fəaliyyətinə maneə törətməyə cəhd edib.

Belə olduqda, polis əməkdaşları həmin şəxsləri 36-cı Polis bölməsinə apararaq, şəxsiyyətlərini müəyyən edərək, hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 454 və 211-ci maddələri ilə inzibati tənbeh tədbiri görülüb”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/zcalvo

Most Viewed