Cenevrə görüşü

Source: XİN

Caption: Cenevrə görüşü

Xarici işlər nazirlərinin Cenevrə görüşü başa çatdı

Görüşün detalları açıqlanmır

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Cenevrədə keçirilən görüşü başa çatıb. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilib.

Görüşün detalları haqqında məlumat verilməyib. Yalnız o bildirilib ki, tərəflər mülki və qeyri-hərbi obyektlərin hədəfə alınmaması rasılığına gəliblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Ceyhun Bayramov görüşdə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim edib.

Humanitar tədbirlərdən bəhs edən Ceyhun Bayramov Azərbaycanın konstruktiv yanaşma sərgilədiyini deyib. O, birtərəfli qaydada cəsədlərin, habelə ahıl erməni qadınının Ermənistan tərəfinə təhvil verildiyini söyləyib.

XİN-in məlumatına görə, nazir Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutmasının qəbuledilməz olduğunu vurğulayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/8vgkum

Most Viewed