Source: Meydan TV

“Vəzifəyə gələn 5 ay işləyib, camaatın haqqıyla özünə villa tikdirir”

“Vəzifəyə gələn 5 ay işləyib, camaatın haqqıyla özünə villa tikdirir”

Sentyabrın 25-də keçmiş “Sovetski” sakinləri Yasamal Rayon İcra Hakimiyyətin qarşısına toplanaraq etiraz ediblər. Müxtəlif illərdə evləri sökülən sakinlərin ortaq narazılığı verilən kompensasiyanın azlığıdır.

“Bəzi hallarda məmurlar deyir ki, 1500 manatdan narazısınızsa, niyə bu qiymətlə razılaşıb çıxmısınız? İçində yaşadığımız halda buldozerlə dağıdırdılar evimizi. Bu səbəbdən çıxmışıq. Lakin yağışdan da qaçıb, yağmura düşmüşük. ”At yalı” qəsəbəsində kanalizasiyasız, internetsiz qalmışıq. Biz köçməmişik, ora sığınmışıq”, - “Sovetski”nin keçmiş sakini Kübra Rəhimova deyir.

Sakinlər deyir ki, keçirdikləri etiraz aksiyalarından sonra onlara evlərinin hər kvadratmetrinə görə əlavə 500 manat kompensasiya ödəniləcəyi deyilib, amma bu da belə olmayıb:

“Verilməliydi, amma verilməyib. Heç bir qəpik də...”

Yasamal Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olan sakin deyir ki, başçı Elşad Həsənov onlara məsələni araşdırdıqlarını, bu müddət ərzində gözləməli olduqlarını bildirib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/eja5zv

Most Viewed