Source: Meydan TV

"Vətəndaşlar maskadan virusdan qorunmaq üçün yox, cərimədən qorunmaq üçün istifadə edirlər"

"Vətəndaşlar maskadan virusdan qorunmaq üçün yox, cərimədən qorunmaq üçün istifadə edirlər"

Son günlər sosial şəbəkələrdə “nəfəs alaq” həştəqi ilə kampaniya başladılıb.

Kampaniyaya qoşulanlar tələb edirlər ki, açıq havada, parkda, küçədə və digər açıq məkanlarda maska taxmaq məcburi olmasın.

Azərbaycanda açıq havada maska taxmaq tələbi ötən ilin noyabrından tətbiq edilir. Bu tələbi pozanlar 100 manatdan 400 manatadək cərimə olunurlar. 

İctimai fəal Bəxtiyar Hacıyev də “nəfəs alaq” kampaniyasına qoşulanlardan biridir. O bildirir ki, hətta prezident belə açıq havada maskadan istifadəni tövsiyə edir, lakin buna görə vətəndaşlar cərimə edilir.

Ictimai fəal qeyd edir ki, əhaliyə evdə qalmağa görə 190 manat birdəfəlik ödəmə edilərkən müxtəlif bəhanələr gətirilir, lakin maska cəriməsinə görə vətəndaşların sosial vəziyyəti nəzərə alınmır.

Professor Adil Qeybulla qeyd edir ki, açıq havada maska taxmaq o zaman məntiqli görünür ki, qapalı mühitdə bütün karantin qaydalarına əməl edilir.

Adil Qeybullanın fikrincə, kampaniyaya qoşulanların etirazı başa düşüləndir.

Bakı sakinləri də açıq havada maskadan istifadənin məcburi olmasına birmənalı yanaşmırlar

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/i9y72q

Most Viewed