Source: Meydan Tv

Vəkil DYP-yə qarşı iddia qaldırıb

Səbəb “Tanınmış vəkil sərxoş tutuldu” başlığı ilə yayımlanmış yazılar və videolardır

Vəkil Bəhruz Bayramov Yasamal Rayon Məhkəməsində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə qarşı 300 min manatlıq iddia qaldırıb. Vəkil bu idarənin onun ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurduğunu, ona həm maddi, həm də mənəvi zərər dəydiyini iddia edir. Səbəb isə ötən ilin oktyabrında telekanallarda, saytlarda onun haqqında “Tanınmış vəkil sərxoş tutuldu” başlığı ilə yayımlanmış yazılar və videolardır. Həmin videoları Yol Polisi İdarəsi çəkib və Daxili İşlər Nazirliyi də mediaya yayıb.

Yayılan materiallarda iddia olunurdu ki, B.Bayramov avtomobili sərxoş vəziyyətdə idarə edib. Vəkilin sərxoşluq müayinəsinə gətirilməsi, orada müayinədən keçirilməsi barədə görüntülər də telekanallarda nümayiş etdirilmişdi.

“Mən vəkiləm, bu cür materiallar hüquqlarını müdafiə etdiyim şəxslər, onların yaxınlarının yanında nüfuzuma zərbə vurur. Hüquqi yardım üçün mənə müraciət etmək istəyən adamların fikirlərinə təsir edir. Bu mənada, haqqımda yalan məlumat yaymaqla, mənə həm maddi, həm də mənəvi zərər vurulub. O zərərin də ödənilməsini tələb edirəm”, - B.Bayramov Meydan TV-yə bildirib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda iddia olunurdu ki, yol polisi reyd zamanı B.Bayramovun idarə etdiyi avtomobilə “saxla” əmri verib, çünki həmin vaxt o, qaydanı pozub: “Müayinə zamanı sürücünün sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub. Sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində protokol tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib”.

B.Bayramov Meydan TV-yə danışır ki, yol polisinin tərtib etdiyi inzibati xəta protokolu əsasında ona cəza təyin edilməsi üçün məhkəməyə müraciət olunub. Lakin məhkəmə yol polisinin müraciətini üç dəfə geri qaytarıb. Vəkilin sözlərinə görə səbəb də sübut çatışmazlığı olub. Sonda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi özlərinin başladığı inzibati xəta işinə xitam verib. Xitam qərarı vəkilə də təqdim olunub.

B.Bayramov iddia ərizəsində həmin gün baş verənləri təsvir edərək göstərib ki, ailə üzvlərimdən birinin ad gününü restoranda qeyd edəndə spirtli içki qəbul etdiyinə görə “Ayıq sürücü” xidmətindən istifadə edib. Oradan sürücü çağırıb ki, onun maşınını idarə etsin. Onları evinə qədər də həmin sürücü aparıb. Sürücü onları düşürüb gedəndən sonra evinin yaxınlığında yol polisləri yaxınlaşaraq, kobudluqla ondan sənədləri alıblar. Avtomobili sərxoş halda idarə etdiyini söyləyərək, onu zorla müayinə məntəqəsinə aparıblar.

“Məni zorakılıqla öz avtomobillərinə əyləşdirib apardılar. Yolda zəng vurub çəkiliş kameralarının gəlməsini istədilər. Mənə də dedilər ki, çəkib telekanallarda bıabır eləyəcəyik səni”, - deyə vəkil iddia ərizəsində yazıb.

Vəkil bildirir ki, ona böhtan atılmasının ən əsas sübutu “Ayıq sürücü” xidmətinin arayışıdır. Arayışda 20 oktyabr 2018-ci ildə B.Bayramovun bu xidmətdən istifadə etdiyi göstərilib.

B.Bayramov təzminatla yanaşı, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin onunla bağlı materialları yaymış telekanallarda, saytlarda təkzib verməsini, ondan üzr istənilməsini tələb edir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/iau5k6

Most Viewed