“Uşaqların dinə cəlb edilməsi qanunla təsbit olunmuş hüquqdur”

“Uşaqların dinə cəlb edilməsi qanunla təsbit olunmuş hüquqdur”

Mayın 4-də Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edib. Uşaqların dini etiqada məcbur edilməsini qadağan edən dəyişikliyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.

İlahiyyatçı Elçin Qasımov deyir ki, verilən qərar təzadlıdır və xalqın iradəsini əks etdirmir.

Milli Məcisdən fərqli olaraq ilahiyyatçı hesab edir ki, dini tərbiyə uşaqların fiziki və psixi sağlamlığına təsir göstərmir.

Hüquqşünas Sübhan Həsənli sözügedən dəyişikliyin uşaqların təhsil məsələsinə və tərbiyəsinə ciddi problem yaratmayacağını düşünür.

Sübhan Həsənli deyir ki, yetkinlik yaşına çatan insanlarla bağlı hər hansı bir qadağadan söhbət gedə bilməz, lakin uşaqlarla bağlı dövlətin müəyyən öhdəlikləri yaranır.

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası bu ilin martında Azərbaycan hökumətinə çağırışında bəyan edib ki, Azərbaycan “Dini etiqad azadlığı haqqında” qanunu beynəlxalq standartlara uyğunlaşdırmalıdır. Qurum hesab edir ki, sözügedən qanun ölkədə ciddi şəkildə məhdudlaşdırılıb.

Ölkə başçısı İlham Əliyev çıxışlarında bildirir ki, Azərbaycanda dini etiqad azadlığı tam şəkildə təmin edilir.

Ana səhifəVideo“Uşaqların dinə cəlb edilməsi qanunla təsbit olunmuş hüquqdur”