Uşaqları hərbi məktəbdən çıxarılan hərbçi ailələri etiraz ediblər

Uşaqları hərbi məktəbdən çıxarılan hərbçi ailələri etiraz ediblər

İyulun 16-da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi tələbələrinin valideynləri Müdafiə Nazirliyi qarşısında toplaşıblar.

Valideynlər şikayət edir ki, övladları əsassız yerə imtahandan kəsilib. Tələbələrə yenidən şans verilsə də, ikinci dəfə onlara xaric edilmə haqqında bildiriş gəlib. İyunun 13-dən 30-na kimi isə əsgər taborunda saxlanılıblar. Bundan sonra valideynlərindən xəbərsiz Hadrutdakı bölməyə göndəriliblər.

Valideynlər Ali Hərbi Məktəbin rəisi, general-mayor Füzuli Salahova və Müdafiə Nazirliyinə müraciət etsələr də, rəsmi cavab ala bilməyiblər.

Ana səhifəVideoUşaqları hərbi məktəbdən çıxarılan hərbçi ailələri etiraz ediblər