Source: Meydan tv

Uşaq evindən çıxan gənc: “Fikirləşirəm hansı skamyada yatsam, üşümərəm”

Uşaq evindən çıxan gənc: “Fikirləşirəm hansı skamyada yatsam, üşümərəm”

Uşaq evindən çıxan gənc: “Mən Bakıya gələndən sonra Dəmiryol vağzalında yatdım. Dəmiryolunda bir insan oğurluq elədi. Orada yaşlı xalalar qalırdı, mən də həmin yerdə yatmışdım. Arvadlar dedilər ki, bu eləyib( məni göstərdilər). Mən də dedim ki, həyatı boyu oğurluq eləməmişəm. Siz məni incidə bilməzsiniz. Mən oğurluq edən uşaq deyiləm. Bu xəstəliyimlə (mən heç kimdən qorxmuram bu həyatda Q.Q) incidildim, bərk incidildim.

O gün dünyadan qorxdum. Məni döydülər. Yetimi döymək nəyə lazım?! Sən araşdırmamış niyə məni döydün?! Mən neyləmişdim? Ağladım, sızladım, yalvardım Allaha. Dedim, özümü asacam”.

O gün dünyadan qorxdum. Məni döydülər. Yetimi döymək nəyə lazım?! Sən araşdırmamış niyə məni döydün?! Mən neyləmişdim? Ağladım, sızladım, yalvardım Allaha. Dedim, özümü asacam”.

27 yaşlı Qalib Qarayev Gəncə şəhərində yerləşən uşaq evində böyüyüb. 18 yaşı tamam olandan sonra iş tapıb sərbəst yaşamaq üçün Bakıya üz tutub. Bir müddət çayçı, bağban işləsə də, üzə çıxan epilepsiya xəstəliyinə görə onu işdə saxlamayıblar. O mart ayını parkdakı oturacaqların üstündə keçirib. Səhhəti pisləşdiyindən onu yardımsevər şəxslər xəstəxanaya yerləşdirib və müayinə zamanı Qalibdə hepatit C xəstəliyi aşkarlanıb.

COVİD-19 virusuna görə ölkədə elan olunmuş karantin müddətində işsizliyə görə 3 ay ayrı-ayrılıqda 190 manat yardım alıb. Bu pulun 100 manatın qaldığı hostelə ödəyib, 90 manatla bir ay yemək xərclərin qarşılamağa çalışıb. Amma iyul ayı üçün yardım verilmədiyindən qaldığı hosteldən çıxarılmaq üzrədir. İndi o hara gedəcəyin bilmir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ojaixr

Most Viewed