Qurbanqulu Berdimuhammedov

Source: google.az

Caption: Qurbanqulu Berdimuhammedov

Türkmənistanda işdən qovulan nazir həbs edilib

İşanov da daxil olmaqla bir neçə əli qandallı adam dövlət televiziyasında göstərilib

Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Amandurdy İşanov vəzifəsindən azad edildikdən bir neçə gün sonra korrupsiya ittihamı ilə həbs cəzasına məhkum edilib,- RFE/RL xəbər verir.

Enerji zəngini olan bu Orta Asiya ölkəsinin dövlət televiziya kanallarında sentyabrın 13-də İşanov da daxil olmaqla bir neçə əli qandallı adam göstərilib. Qeyd edilən şəxslər korrupsiya ilə əlaqəli müxtəlif cinayətlərdə rollarını açıq şəkildə cəmiyyətə etiraf ediblər.

Video Nazirlər Kabinetinin iclası zamanı bir neçə böyük monitorda nümayiş etdirilib. Baş prokuror Batyr Atdaev deyib ki, antikorrupsiya kampaniyasi ölkənin avtoritar lideri Qurbanqulu Berdimuhammedov tərəfindən başladılıb.

İşanov deyib ki, o, son illərdə tanınmış iş adamı Çərimuxammed Kulov və bir sıra dövlət sənaye obyektlərinin rəhbərləri ilə birlikdə müxtəlif korrupsiya cinayətlərində iştirak edib.

Videoda İşanov və digər şəxslərin həbs müddətinə məhkum edildiyi elan edilsə də, məhkəmələrin nə vaxt keçiriləcəyi və ya onların cəzalarının təfərrüatları barədə məlumat verilməyib.

Adı açıqlanmayan bir neçə adam “ictimai etiraflar”ın hakimiyyətin korrupsiyaya qarşı mübarizəsini sübut etmək üçün hazırlanmış bir tamaşa olduğunu söyləyib.

Türkmənistanın ciddi nəzarətdə olan iqtisadiyyatı aylardır çətin vəziyyətdədir və hökumət gəlirlərin zəif olmasında korrupsiyanı günahlandırır.

Artıq uzun müddətdir ölkə uğursuz enerji sövdələşmələri və Türkmənistanın əsas ixracatı olan təbii qazın aşağı qlobal qiymətləri səbəbindən dükanlarda yaranmış ərzaq qıtlığı ilə mübarizə aparır.

Hökumət su, qaz və elektrik enerjisi kimi məişət ehtiyacları üçün subsidiyaları da azaltmağa davam edir.

Tənqidçilər və insan haqları qrupları deyirlər ki, Berdimuxammedov müxalifəti zərərsizləşdirib və 2006-cı ildə avtokrat lider Saparmurat Niyazovun ölümündən sonra hakimiyyətə gəlib və artıq məhdudlaşdırılmış ölkədə çox az dəyişikliklər edib.

Mərhum sələfi kimi Berdimuxammedov da hakimiyyəti əlində saxlamaq üçün əsas məhsullar və kommunal xidmətlərdə subsidiya qiymətlərinə etibar edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/drtlwj

Most Viewed