Türkiyədən Azərbaycana təklif: Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə səfər etsinlər

Ceyhun Bayramov bildirib ki, hazırda iki dövlət arasında 29 əlavə müqaviləyə baxılır

Source: Specify Source


“Prezidentlərin qoyduqları hədəflərə görə, ticarət dövriyyəsi 2023-cü ildə 15 milyard dollara çatmalıdır”

Türkiyə Azərbaycana vətəndaşların qarşılıqlı səfərlərinin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsini təklif edib.

Bu barədə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. Mətbuat konfransı Ceyhun Bayramovun Türkiyəyə səfəri çərçivəsində baş tutub.

O xatırladıb ki, iki dövlət arasında vizalar ləğv edilib və vətəndaşların qarşılıqlı səfərləri zamanı ölkədə qala bilmək müddətinin 30 gündən 90 günə qədər uzadılması müzakirə edilir.

“Amma bu kifayət deyil. Hesab edirik ki, Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı ziyarətlərdə pasporta ehtiyac duymamalıdırlar. Biz bu iş birliyini Gürcüstanla gerçəkləşdirdik, Ukrayna ilə də həyata keçirdik”, – Mövlud Çavuşoğlu deyib.

Bundan başqa Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyəyə təbii qaz idxalında Azərbaycan birinci sıradadır və gələcək illərdə həcmlər daha da artacaq. O bildirib ki, iki dövlət iki layihəyə xüsusi önəm verir ki, bunlardan biri Qars-Naxçıvan dəmiryolu layihəsi, digəri isə və Türkiyə-Naxçıvan təbii qaz kəməridir.

Ceyhun Bayramov isə bildirib ki, hazırda iki dövlət arasında 29 əlavə müqaviləyə baxılır və yaxın zalanlarda onların imzalanması baş tutacaq. İqtisadi münasibətlərə toxunan Ceyhun Bayramov qeyd edib ki, 2020-ci ilin ilk beş ayında iki ölkə arasında ticarət dövriyyəsi 20 faiz artıb.

“Prezidentlərin qoyduqları hədəflərə görə, ticarət dövriyyəsi 2023-cü ildə 15 milyard dollara çatmalıdır”.

Onun sözlərinə görə, Türkiyədə 2 minə yaxın Azərbaycan kapitalı olan şirkət fəaliyyət göstərir və onların hamısının birlikdə qoyduğu investisiya 18,1 milyard dollar təşkil edir.

“Azərbaycanda isə 4 min Türkiyə şirkəti fəaliyyət göstərir. Onların toplam investisiyaları 12,6 milyard dollardır”, – Ceyhun Bayramov deyib.

Ana səhifəSiyasətTürkiyədən Azərbaycana təklif: Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə səfər etsinlər