Source: google

Türkiyədə koronavirusa yoluxanların sayı 18-ə çatıb

14 ölkəyə uçuşlar dayandırılıb

Türkiyədə koronavirusa yoluxanların sayı 18-ə yüksəlib. Ölkədə keçən həftə virus təsbit edildiyindən bu yana ən yüksək artım müşahidə edilib, - “Deutsche Welle” xəbər verib.

Keçən ilin dekabr ayında ortaya çıxan və bütün dünyaya yayılan koronavirusun Türkiyədəki vəziyyəti ilə bağlı Səhiyyə naziri Fahrettin Koca “Twitter” hesabından açıqlama yayıb.

“Az öncə açıqlanan və yeni olan yoluxma sayı 12-dir. Bunlardan ikisi ilk yoluxanın çevrəsindəndir. İndiyə qədər ümumi yoluxma sayı 18-dir”, - Səhiyyə naziri Koca deyib.

Koronavirus 162 mindən çox insanda təsbit edilsə də, 6000-dən çox insanın da ölümünə səbəb olub. Yoluxma hallarının 80,860-i Çindədir.

Türkiyə yoluxma hallarının artımından sonra 14 ölkəyə uçuş qadağası tətbiq edib. 15 martdan etibarən Azərbaycan, Almaniya, Fransa, İspaniya, Norveç, Danimarka, Belçika, Avstriya, İsveç, Hollandiyaya uçuşlar dayandırılıb.

Umrədən dönənlər şənbə günündən etibarən 4 günlük karantinə alınıb. Koronavirusun qarşısını almaq üçün gecə klubları da bugündən etibarən bağlanıb. Məktəblər və universitetlər 16 martdan etibarən tətildədir. Xəstəxanalara ziyarətçilərin daxil olması dayandırılıb. İdman yarışları 3 həftə ərzində izləyicilərsiz keçiriləcək. Mart və aprel aylarında milli və beynəlxalq tədbirlər və yığıncaqlar təxirə salınıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/gtlqux

Most Viewed