Türkiyə Xarici İşlər Nazirliyi

Source: Foto: arxiv

Caption: Türkiyə Xarici İşlər Nazirliyi

Türkiyə XİN: Qətnamə Türkiyə-ABŞ münasibətlərinə zərbədir

Article was updated on :  13 December 2019

Səfir: Senatın qətnaməsini nəzərə almalıyıq

“ABŞ Senatının “erməni soyqırımının” tanınması barədə qətnamənin hüquqi əsası yoxdur və sənəd Türkiyə-ABŞ münasibətlərinin inkişafına vurulan zərbədir”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

ABŞ Senatı qətnaməni dekabrın 12-də yekdilliklə qəbul edib. Sənəd bundan əvvəl Nümayəndələr Palatasında qəbul edilmişdi.

Türkiyə XİN-in bəyanatında deyilir ki, tarixi öz siyasi məqsədləri üçün istifadə edənlər istəklərinə nail ola bilməyəcəklər.

“Türkiyə regionda öz maraqlarını bundan sonra da müdafiə edəcək”, - Türkiyə XİN-in bəyanatında deyilir.

Azadlıq Radiosunun məlumatına görə, qətnaməni səsverməyə demokrat Bob Menendez və respublikaçı Ted Kruz çıxarıblar.

“Beləliklə, Birləşmiş Ştatların tarixində “erməni soyqırımı” ilk dəfə olaraq dövlət səviyyəsində tanınıb. Əvvəllər buna bənzər qətnamələr ayrı-ayrı ştatlarda qəbul olunmuşdu. Bir sıra təhlilçilərin fikrincə sənədin məhz indi qəbul olunması Vaşinqton və Ankara arasında münasibətlərin gərginliyinə görə mümkün olub. NATO üzvü olan Türkiyə qətliam və deportasiyanın olması faktını qəbul etsə də, rəqəmlərin qat-qat şişirdildiyini bildirir. Ankara deyir ki, erməni ölümləri sistemli siyasətin yox, bölgədəki hərbi əməliyyatların nəticəsində baş verib”, - radionun xəbərində deyilir.

Örl Litzenberqer

Örl Litzenberqer

Source: Foto: arxiv

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer qətnamənin Administrasiyanın mövqeyini əks etdirmədiyini deyib. Bununla belə APA-nın xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında bildirib ki, Senat öz fikirlərini tam, dəqiq şəkildə ifadə edib və bu, o deməkdir ki, artıq biz bunu nəzərə almalıyıq.

“ABŞ-la Türkiyə NATO çərçivəsində müttəfiqdirlər. Biz dost və əməkdaşıq. Bu əməkdaşlığı davam etdirəcəyik”, - deyə ABŞ səfiri qeyd edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  13 December 2019
Featured in:  
Shortlink:   http://mtv.re/uzyer7

Most Viewed