TANAP-ın açılış mərasimi

Source: Foto: arxiv

Caption: TANAP-ın açılış mərasimi

Türkiyə mətbuatı TANAP-ın əleyhinə çıxdı

İlham Şaban: “Yazı sifarişlidir”

Türkiyənin “Cümhuriyyət” qəzeti rəsmi Ankaranın TANAP vasitəsilə Azərbaycandan aldığı qazın qiymətinin endirilməsi tələbini irəli sürdüyü haqda xəbər yayıb. Ancaq qəzet məlumatın mənbəyini açıqlamayıb. Qəzet yazır ki, Azərbaycan qazının Rusiya qazından 12% ucuz olacağı bildirilsə də, daşıma xərclərinin çox baha olması bu gözləntini doğrultmayıb:

“Əskişəhərdə təslim aldığı TANAP qazının hər 1000 kub/metr üçün 78 dollar, Trakiyada hər 1000 kub/metr üçün 103 dollar nəql xərci lazımdır. Yekunda Azərbaycan qazının qiyməti 300 dollara çıxır. Avropa spot bazarında dekabın ilk ongünlüyünün sonunda 165 dollar təşkil edib”.

Qəzet enerji naziri Fatih Dönməzin “təbii qaz gözləniləndən 59 faiz daha ucuz” açıqlamasını xatırladaraq Türkiyənin qaz idxalının 21 faizinin Azərbaycanın payına düşdüyünü qeyd edib.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Meydan TV-yə deyib ki, xəbərin solçuların mətbuatında və 8 yanvarda açılışı olacaq “Türk axını”ndan əvvəl dövriyyəyə buraxılmasını təsadüfü deyil:

“Mən bunu sifariş sayıram. Nəzərə alın ki, Rusiya prezidenti həmin günü Türkiyədə olacaq. Şimal ölkənin mətbuatı son günlər bu barədə tez-tez məlumatlar yayır. Baxın, 30 noyabrda TANAP istifadəyə veriləndən bir gün sonra “Cümhuriyyət” qəzeti başda olmaqla solçu təşkilatlar bu layihənin əleyhinə kampaniya xarakterli fikirlər yaydılar. Bunlardan biri budur ki, TANAP Türkiyəyə xeyirli layihə deyil, çünki operatoru SOCAR-dır. Əgər Azərbaycan qazı BOTAŞ qaz sistemi ilə daşınsaydı, Türkiyənin qazancı çox olardı”.

İlham Şaban

İlham Şaban

Source: Foto: Meydan tv

İlham Şaban təəssüflənir ki, xəbəri yayan qəzet texniki və kommersiya amillərini kənara qoyub, daha çox siyasi maraqlara üstünlük verir:

“Hələ 10 il əvvəl BTC əleyhinə oxşar xəbər və məqalələr dərc olunurdu. Əsas məqsədləri layihənin kommersiya yox, siyasi olduğunu gündəmə gətirməkdir. Yəni siyasi layihə olduğundan Türkiyənin qazancı yoxdur, yaxud yetərli deyil. Rəqəmlərə gəldikdə, TANAP-dan illik ümumi gəlir 1,45 milyard dollar olacaq. Türkiyənin isə bu gəlirdə 30 faiz payı var. TANAP-ın birinci mərhələdə qazancı 6,5 milyard dollardır. Xəbəri hazırlayanlar bu suala cavab versinlər: BOTAŞ-ın 35-40 il əvvəlki daşıma sistemi ilə qazı nəql edib bu faydanı ala bilərdimi? Sanki köhnə avtobusla turist daşıyıb fayda götürmək istəyirlər. Halbuki, Türkiyə hotelləri bazardakı rəqabətə davam gətirmək üçün turist daşıma avtomobillərini hər 3-4 ildə dəyişir. Avropaya qaz satmaq üçün də yeni infrastruktura malik olmaq lazımdır”.

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı Avropaya çatdıracaq. TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib.

2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/5mypc4

Most Viewed