Rəcəb Tayyib Ərdoğan

Source: Foto: google.az

Caption: Rəcəb Tayyib Ərdoğan

Türkiyə bu həftə Suriya qüvvələrini İdlibdən geri çıxaracaq

Son üç ayda təxminən bir milyon suriyalı didərgin düşüb

“Türkiyə bu həftə Suriya hökumət qüvvələrini Suriyanın şimal-qərbindəki İdlib bölgəsində yerləşən hərbi müşahidə postlarından uzaqlaşdırmağı planlaşdırır”, - Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə günü deyib.

“Reuters” xəbər verir ki, doqquz illik müharibədən sonra Rusiya tərəfindən dəstəklənən Suriya hərbi qüvvələri irəliləyərək Türkiyənin dəstəklədiyi üsyançıların son qalası olan İdlibi ələ keçirməyə çalışır.

Son üç ayda təxminən bir milyon suriyalı didərgin düşüb. Müharibədən qaçanlar Suriyanın sərhəddində yerləşən Türkiyə torpaqlarına pənah aparırlar.

Ankara üsyançılara dəstək vermək üçün bölgəyə minlərlə əsgər və yük maşını göndərir. Bu müddət ərzində Ərdoğan Suriya prezidenti Bəşər Əsəd qüvvələrini geri çəkməyə söz verib.

“Bu ayın sonuna qədər müşahidə postlarımızı Suriya hökumət qüvvələrindən azad etməyi planlaşdırırıq”,- Ərdoğan partiyasının millət vəkillərinə deyib.

Suriya İnsan Haqları Müşahidə Qurumu və Əsədin Livan müttəfiqi Hizbullah tərəfindən idarə olunan medianın verdiyi məlumata görə, Əsəd qüvvələri çərşənbə günü İdlibin cənubunda bir sıra kəndləri ələ keçirib.

Hökumətyönlü qüvvələrin məqsədi Kafar Aveed şəhərinə çatmaq olub. Belə ki, bu şəhərin ələ keçirilməsi üsyançıların böyük bir ərazidən o cümlədən onların son qalası hesab edilə Hama əyalətindən çıxarılması deməkdir, Suriya İnsan Haqları Müşahidə Qurumunun direktoru Rami Abdulrahman deyib.

Suriya ordusu son bir neçə gündə İdlib əyalətinin cənubundakı çoxsaylı kənd və qəsəbələri ələ keçirdiyini təsdiq edib.

Ərdoğan əvvəlcə fevralın 5-də Əsəd qüvvələrinin fevral ayının sonunadək Türkiyənin müşahidə postlarından geri çəkilməsini tələb edib. Əks halda Türkiyənin onları geri çəkəcəyini deyib.

Türkiyə Rusiya və İranla bağlanmış 2017-ci il müqaviləsinə əsasən İdlibdə “de-eskalasiya zonası” ətrafında 12 müşahidə postu qurub, ancaq onlardan bəziləri hazırda Suriya hökumət qüvvələrinin sərhəd xəttindən arxada qalır.

Türk hərbçiləri tərəfindən dəstəklənən suriyalı üsyançılar bu həftə İdlibin Nairab şəhərini ələ keçiriblər. Üsyançıların və türk mənbələrinin verdiyi məlumata görə, bu, Suriya hökumət qüvvələrinin irəliləməsindən sonra geri alınmış ilk ərazidir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/e6crml

Most Viewed