Türkiyə 29 Azərbaycan vətəndaşı olan İŞİD döyüşçüsünü deportasiya edəcək

Türkiyə xarici vətəndaşlığa sahib İŞİD döyüşçülərini ölkələrinə göndərməyə başlarkən, geri göndərmə mərkəzindəki 959 İŞİD döyüşçüsünün 147-sinin kiçik yaşlı uşaq olduğu qeyd edilir.

Source: Google


Xarici vətəndaşlığa sahib döyüşçülər göndərmə məntəqələrində saxlanılır

Suriya münaqişəsində İslam Dövləti (İŞİD) tərəfdarı olaraq savaşmış 29 azərbaycanlı Türkiyədən deportasiya ediləcək,- “Hürriyət” məlumat verib.

Xəbərdə qeyd edilir ki, geri göndəriləcək xarici vətəndaşlığa sahib İŞİD döyüşçüləri göndərmə məntəqələrində saxlanılırlar. Deportasiya siyahısında Rusiyadan 99, Almaniyadan 17, Hollandiyadan 3, Fransada 2, ABŞ-dan 2 nəfərin adının olduğu bildirilir. Siyahıda olan bir nəfərin vətənsiz olduğu qeyd edilir.

Türkiyə xarici vətəndaşlığa sahib İŞİD döyüşçülərini ölkələrinə göndərməyə başlarkən, geri göndərmə mərkəzindəki 959 İŞİD döyüşçüsünün 147-sinin kiçik yaşlı uşaq olduğu qeyd edilir.

Uşaqların ana və atalarının Suriyadakı qarşıdurmalarda öldürüldüyü və ya itkin düşdüyü bildirilir.

Türkiyə ölkədə saxlanılan İŞİD döyüşçülərinin deportasiyasına keçən ay Suriyanın şimal-şərqində başlatdığı hücum əməliyyatı qərb dövlətləri tərəfindən qınandıqdan sonra əldə olunmuş atəşkəs sazişinə əsasən YPG kürd döyüşçülərinin Ankaranın qurmaq istədiyi “təhlükəsiz bölgə”-dən çıxarılması problemi olduqdan sonra başlayıb.

Ana səhifəDünyaTürkiyə 29 Azərbaycan vətəndaşı olan İŞİD döyüşçüsünü deportasiya edəcək