Əziz Kərimov

Source: Meydan TV

Caption: Əziz Kərimov

''Turan'' agentliyinin əməkdaşına akkreditasiya qadağası qoyulub

UEFA Əziz Kərimova imtina cavabı göndərib

Mayın 29-da Avropa Liqasının "Arsenal" və "Çelsi" klubları arasında final maçını işıqlandırmaq üçün UEFA-dan akkreditasiya alan “Turan” İnformasiya Agentliyinin fotomüxbiri Əziz Kərimova Azərbaycan hakimiyyəti qadağa tətbiq edib.

Məlumatı “Turan” yayıb.

Belə ki, UEFA mayın 15-də rəsmi bildiriş göndərərək, Kərimova akkreditasiya verib. Amma mayın 18-də onlar səbəbini izah etmədən, Kərimova imtina cavabı göndəriblər. Elə həmin gün Kərimov UEFA-ya imtina cavabının səbəbini izah etmək xahişi ilə sorğu göndərib. UEFA cavab vermişdi ki, hüquq-mühafizə və yerli hakimiyyət orqanları Kərimova akkreditasiya etməsindən imtina ediblər.

Məlumatda bildirilir ki, 2019-cu ilin aprelində "Formula-1" Azərbaycan Qran-pri keçirildiyi zaman da, demək olar ki, belə bir vəziyyət olub. “Baku City Circuit” əməliyyat şirkəti “Turan” Agentliyini bu yarışlarda akkreditasiya etməkdən imtina edib, baxmayaraq ki, "Formula-1"dən akkreditasiya var idi.

“Baku City Circuit”-in marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai “Turan”-ın imtinanın səbəbləri haqqında sorğusunu cavabsız qoyub.

Əməliyyat şirkətinin əməkdaşları şəxsi söhbətlərdə qadağanın hüquq-mühafizə orqanları tərəfindən qoyulduğunu bildiriblər.

“Təşkilatçısı beynəlxalq təşkilatlar, həmçinin səfirliklər olsa belə, ölkə hakimiyyəti əksər rəsmi tədbirlərin işıqlandırılmasında “Turan”-a qadağa qoyub.

Formula-1-də olduğu kimi, "Arsenal" - "Çelsi" maçında da akkreditasiyadan imtinanı açıq-aşkar ayrı-seçkilik və Agentliyin peşə fəaliyyətinin qəsdən məhdudlaşdırılması, Azərbaycanda söz azadlığının məhdudlaşdırılması üzrə dövlət siyasətinin davamı kimi qiymətləndiririk,”- agentliyin məlumatında deyilir.

Agentlik Azərbaycan prezidentini bu ayrı-seçkiliyə və onlara qarşı uzun illərdir həyata keçirilən təzyiq siyasətinə son qoyulması üçün tədbirlər görməyə çağırır. Bu təzyiqlərin ən yüksək nöqtəsi 2017-ci ilin avqustunda Agentliyə qarşı açılmış saxta cinayət işi və agentliyin direktorunun həbs edilməsi olub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/tqakgq

Most Viewed