Trampdan “WikiLeaks”-in qurucusuna təklif

“Belə ki, bu anlaşmayla Assanj həyatına dönəcək və Tramp isə siyasi mənfəət əldə edəcəkdi”, – Robinson deyib.

Source:


ABŞ prezidenti Assanjı əfv edə biləcəyini deyib

ABŞ Prezidenti Donald Tramp deyib ki, 2016-cı ilin prezident seçkilərindən əvvəl Demokratik Milli Komitənin elektron poçtlarının sındırılmasının mənbəyini təmin edərsə, “WikiLeaks”-in qurucusu Julian Assanjı əfv edəcək, – “Reuters” xəbər verir.

Assanjın vəkili Cenifer (Jennifer) Robinson ABŞ-ın keçmiş Respublika nümayəndəsi Dana Rohrabacher və Tramp kampaniyası ilə sıx əlaqələri olduğu bilinən ortağı Çarlz Consonla (Charles Johnson) 2017-ci ildə olmuş görüş zamanı belə bir təklifi izlədiyini deyib.

Robinson deyib ki, Assanja Trampın görüşü təsdiqlədiyi deyilib. Sonra Rohrabacher prezidentlə görüşüb təklif olunan anlaşmaya Assanjın münasibətini Trampa çatdıracaqdı.

Anlaşma Assanja hər iki tərəfin də qalib gələcəyi bir sövdələşmə olaraq təqdim edilib. “Belə ki, bu anlaşmayla Assanj həyatına dönəcək və Tramp isə siyasi mənfəət əldə edəcəkdi”, – Robinson deyib.

“Konqresmen Rohrabacher tərəfindən irəli sürülən təklif cənab Assanjın bir növ əfv müqabilində 2016 seçki publikasiyalarının mənbəyini müəyyən etməsi haqdadır”,- Robinson cümə günü məhkəməyə verdiyi şahid ifadəsində deyib.

2016-cı ildə ABŞ prezidentliyi kampaniyası dövründə “Wikileaks” namizəd Hillari Klintona zərər verən bir sıra Demokratik Milli Komitənin e-poçtlarını yayımlamışdı. ABŞ kəşfiyyatı inanır ki, qurumun elektron poçtu seçkilərə təsir göstərmək üçün Rusiya tərəfindən haker hücumuna məruz qalıb.

Rusiya müdaxiləni rədd edir. Tramp da eyni zamanda Moskva ilə hər hansı bir kampaniya sövdələşməsini rədd edir. ABŞ-ın keçmiş xüsusi prokuroru Robert Müllerin apardığı araşdırmada Trampın seçki kampaniyası üzvlərinin seçki zamanı Rusiya ilə razılığa gəldiyi təsbit edilməyib.

49 yaşlı Avstraliya doğumlu Assanj ABŞ-a göndərilməsini dayandırmaq üçün mübarizə aparır. O, hazırda ABŞ-da hökumət kompüterlərini hack etməkdə və casusluq qanunu pozmaqda ittiham edilir.

Ana səhifəDünyaTrampdan “WikiLeaks”-in qurucusuna təklif