Donald Tramp

Source: Google

Caption: Donald Tramp

Tramp: İran ən böyük təhlükələrdən biridir

Article was updated on :  25 September 2019

“İranın qorxunc davranışı dəyişməyincə, ABŞ sanksiyaları yumşaltmayacaq”

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyası qarşısında İranla bağlı siyasətini müdafiə edib.

RFE/RL xəbər verir ki, Tramp bütün millətləri Tehrana qarşı bir araya gəlməyə və İranın qan tökməsinə yardım etməməyə çağırıb.

“Bu gün sülhsevər xalqların üzləşdiyi ən böyük təhlükə İrandakı repressiv rejimdir,”- Tramp sentyabrın 24-də Nyu-Yorkda BMT-nin qərargahında dünya liderlərinə səslənərkən deyib.

Tramp çıxışı zamanı İran rəhbərlərini öz siyasətlərində xalqını birinci yerə qoymağa çağırıb və qeyd edib ki, İranın qorxunc davranışı dəyişməyincə, ABŞ sanksiyaları yumşaltmayacaq.

ABŞ prezidenti İran rəhbərlərini həm Suriya, həm də Yəməndə baş verən faciəli müharibələrə od vurmaqda və Səudiyyə Ərəbistanının neft obyektlərinə son hücumda günahlandırıb.

Bölgədə gərginlik sentyabrın 14-də baş vermiş hücumdan sonra artmaqda davam edir. ABŞ, Səudiyyə Ərəbistanı və Qərbi Avropa ölkələri bu hücumda İranı günahlandırır.

Tehran və Vaşinqton arasında gərginlik keçən il ABŞ İran və dünya gücləri arasında imzalanmış 2015-ci il tarixli nüvə sazişindən çıxmasından bəri səngimir. Bu sazişlə İran sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə fəaliyyətlərini tarazlamağa razılıq vermişdi.

Birləşmiş Ştatlar İran iqtisadiyyatına qarşı sanksiyaları yeniləyib və Tehran qarşılığında nüvə anlaşması çərçivəsində üzərinə götürdüyü bəzi öhdəliklərindən boyun qaçırmağa başlayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  25 September 2019
Featured in:  
Shortlink:   http://mtv.re/uysmry

Most Viewed