Source: google

Tramp ABŞ-da sosial şəbəkələrin fəaliyyətini tənzimləyən sərəncam imzalayıb

“Twitter” şirkətinin rəhbərliyi: “Bu, gələcəkdə internet azadlığına təhlükədir”

ABŞ prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətini tənzimləyən icraedici sərəncam imzalayıb.

Prezident bəyan edib ki, “Twitter” kimi sosial şəbəkələr neytral platforma olduqlarını iddia edərək, indiyə qədər hər hansı bir məsuliyyətdən azad olublar.

“İcraedici sərəncam qanunun sahə üzrə etika maddəsilə nəzarəti təmin edəcək. Senzura tətbiq edən və siyasi hərəkətlər edən sosial şəbəkələrin məsuliyyətə cəlbedilmə qarşısında müdafiəsi olmayacaq”, - Donald Tramp deyib.

O bildirib ki, indiyə qədər sosial şəbəkələr istədiklərini edə bilirdilər. Prezident Federal Komissiyaya həmin saytların qadağaya əməl etmələrini və ya çaşdırıcı fəaliyyətinə nəzarət etməyi tapşırıb.

“Twitter” şirkətinin rəhbərliyi Donald Trampın imzaladığı sərəncamı siyasiləşdirilmiş və reaksion adlandırıb.

“Qanunun sahə üzrə etika maddəsi amerikanlıların innovasiya, söz azadlığı hüquqlarını qoruyur və demokratik prinsiplərə əsaslanıb. Bunun birtərəfli qaydada pozulmasına cəhd gələcəkdə internet azadlığına təhlükədir”, - bəyanatda deyilir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ewboei

Most Viewed