Tovuz rayonu istiqamətində atəşkəs pozulub, itki var (yenilənib)

Müdafiə Nazirliyi ictimaiyyətə əlavə məlumat veriləcəyini qeyd edib.

Source: Specify Source

***

Ermənistan Müdafiə Nazirliyi Tovuz istiqamətində atəşkəsin pozulduğunu təsdiqləyib. Bu barədə nazirliyin sözçüsü Şuşan Stepanyan “Facebook” səhifəsində

məlumat

yayıb.

Şuşan Stepanyan atəşkəsin iyulun 12-də saat 12.30-da Azərbaycan Silahlı Qüvvələrinin pozduğunu iddia edib: “Bizə məlum olmayan səbəblərdən Azərbaycanın UAZ avtomobilləri Tovuz istiqamətində Ermənistan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərib. Erməni tərəfi xəbərdarlıq etdikdən sonra UAZ markalı avtomobillər ərazini tərk edib, düşmən qoşunları mövqelərinə qayıdıb”.

Şuşan Stepanyan saat 13.45-də Azərbaycan Silahlı Qüvvələrinin artilleriya atəşindən istifadə ediyini qeyd edib: “Qarşı tərəf qalamızı ələ keçirməyə çalışdı, lakin atəşə tutularaq, itki verərək mövqelərimizdən uzaqlaşdırıldı”. Ermənisan Müdafiə Nazirliyinin sözçüsü onların itki vermədiyini yazıb.

***


Müdafiə Nazirliyi döyüş getdiyini deyir

İyulun 12-də günorta saatlarından başlayaraq Tovuz rayonu istiqamətində atəşkəs pozulub. Azərbaycan Müdafiə Nazirliyinin

məlumatı

na görə, Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyi hər iki tərəfdən itki olduğunu bildirir və əlavə edir ki, hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır.

ee5cf63a99c61928909b91aa8a7b12ad.jpg
Azərbaycan Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi ictimaiyyətə əlavə məlumat veriləcəyini qeyd edib.

Ermənistan mediası hələlik bu barədə məlumat vermir.

Ana səhifəSiyasətTovuz rayonu istiqamətində atəşkəs pozulub, itki var (yenilənib)