Azərbaycan ordusu zərbə endirərkən

Source: Müdafiə Nazirliyi

Caption: Azərbaycan ordusu zərbə endirərkən

Azərbaycan Ordusunun baş leytenantı həlak olub

Article was updated on :  13 July 2020

“Ermənistan tərəfi itkilərini gizlədir”

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə davam edən gərginlik nəticəsində Azərbaycan Ordusunun baş leytenantı Rəşad Mahmudov həlak olub.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan bölmələrinin dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib:

“Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir”.

Müdafiə Nazirliyi Ermənistan tərəfinin itkilərini gizlətdiyini qeyd edir.

İyulun 12-də günorta saatlarından başlayaraq Tovuz rayonu istiqamətində atəşkəs pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyi döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 3 əsgərinin öldüyünü, 4 nəfərin yaralandığını bildirib. Nazirlik sonradan həkimlərin səyinə baxmayaraq, yaralılardan birinin dünyasını dəyişdiyini bildirib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  13 July 2020
Featured in:  
Shortlink:   http://mtv.re/bs4uwi

Most Viewed