“Torpaqlara görə sevinirik, Xocalıdan isə səs-soraq yoxdur”

“Torpaqlara görə sevinirik, Xocalıdan isə səs-soraq yoxdur”

Xocalı faciəsindən 29 il ötür. Fevralın 26-da “Ana Harayı” abidəsinin önündə Xocalı qurbanları yad edilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri və 366-cı motoatıcı alayı Xocalı şəhərində hərbi əməliyyat keçirib. Əməliyyat nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Eyni zamanda, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Noyabrın 10-da İkinci Qarabağ müharibəsində hərbi əməliyyatların bitməsilə bağlı atəşkəs imzalandı. Azərbaycan ərazilərinin çoxunu işğaldan azad etdi. Xocalı, Xankəndi, Xocavəndlə bağlı isə durum bəlli deyil. Hazırda o ərazilərə rus sülhməramlıları nəzarət edir.

Ana səhifəVideo“Torpaqlara görə sevinirik, Xocalıdan isə səs-soraq yoxdur”