Tofiq Yaqublu

Source: Foto: sosial şəbəkə

Caption: Tofiq Yaqublu

Tofiq Yaqublu polis idarəsində saxlanılır (yenilənib)

Article was updated on :  23 March 2020

Yenilənib...

Vəkil Elçin Sadıqov bir saat gözləsə də, Tofiq Yaqublu ilə görüşə bilməyib. Halbuki,vəkilə müstəntiq görüşəcəyi vədini verib.

Vəkil deyib ki, bu, Tofiq Yaqublunun hüquqlarının pozulması deməkdir: "Mən sabah səhər görüşməyə cəhd edəcəm".

Qızı: “Atama qarşı cinayət işi açılıb”

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 5 saatdan çoxdur Nizami Rayon Pois İdarəsində saxlanılır. Bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

Tofiq Yaqublu martın 22-də, saat 16 radələrində “Facebook” səhifəsində ciddi təxribatla üzləşdiyi barədə məlumat paylaşıb.

T.Yaqublu “8-ci kilometr bazarı” yaxınılığında maşınının qəsdən vurulduğunu və ona hücum etdiklərini deyib. Müsavatçı həmin adamların öyrədildiyini iddia edir.

Tofiq Yaqublu özü Xətai Rayon Polis İdarəsinə şikayət edib, bir saatdan çox orda olsa da, sonradan onu Nizami Rayon Polis İdarəsinə aparıblar.

AXCP sədrinin müavini, Tofiq Yaqublunun kürəkəni Seymur Həzi Meydan TV-yə deyib ki, polis idarəsindən onlara heç bir məlumat verilmir.

Nigar Həzi yerli polisə istinadən bildirib ki, istintaq gedir və istintaqa müstəntiq Ramil Əliyev rəhbərlik edir:

“Polisin dediyindən belə başa düşdüm ki, maşını vuran təxribatçılar - ər-arvad Tofiq Yaqubludan şikayətçi olublar. Atam guya maşından düşüb ər-arvadla dalaşıb və onlara xəsarət yetirib. Hələ ki, araşdırma gedir”.

Nigar Həzi atasına cinayət işi açıldığını və vəkil Elçin Sadıqovun onun yanında olduğunu qeyd edib.

Nigar Həzi atasının səhhətindən narahat olduğunu vurulayıb:

“Son həbsindən sonra səhhətində ciddi problemlər yaranmışdı, müalicə alırdı. Koronavirusun “meydan suladığı” bir vaxtda onun həbsi səhhəti üçün ciddi təhlükə yaradacaq”.

Daxili İşlər Nazirliyi Tofiq Yaqublunun saxlanılması haqqında hələ açıqlama yaymayıb.

Tofiq Yaqublu 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Binəqədi rayon təşkilatının sədri, Müsavat Məclisinin katibi olub.

2013-cü ildə İsmayıllı hadisələrinə görə Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə 5 il azadlıqdan məhrum olunub.

2016-cı ildə əfv fərmanı ilə azad edilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  23 March 2020
Featured in:  
Shortlink:   http://mtv.re/oh4tkl

Most Viewed