Qəzadan sonra

Source: Foto: arxiv

Caption: Qəzadan sonra

Təyyarə qəzasından film çəkən şəxsin həbs edildiyi bildirilir

Ukrayna qara qutunu tələb edir

İran Ukrayna sərnişin təyyarəsinin raketlə vurulduğunu lentə alan şəxsi həbs edərkən Ukraynanın prokurorluğu və təhlükəsizlik xidməti İran hakimiyyətindən qəzaya uğrayan təyyarənin qara qutusunun Kiyevə verilməsini istəyib.

“Reuters” xəbər verir ki, İrandan bir müstəntiqin yaxın zamanda Ukraynaya səfər edəcəyi gözlənilir. “Səfər zamanı Ukrayna laboratoriyalarının qara qutunu oxumaq üçün uyğun olub-olmadığı öyrəniləcək”, - Ukrayna təhlükəsizlik rəsmisi bildirib.

BBC isə xəbər verir ki, saxlanılan şəxs “milli təhlükəsizliyə təhlükə” maddəsilə ittiham ediləcək.

PS752 reysli uçuş keçən həftə çərşənbə günü paytaxt Tehrandan havaya qalxdıqdan sonra vurulub. Təyyarədə olan 176 nəfərin hamısı həlak olub.

İran öncə inkar etsə də, daha sonra təyyarənin təsadüfən vurulduğunu etiraf edib və hadisə ilə bağlı bir neçə nəfərin həbs olunduğunu bildirib.

Prezident Həsən Ruhani (Hassan Rouhani) deyib ki, hadisənin araşdırılmasına “xüsusi məhkəmə” nəzarət edəcək.

“Bu sıradan bir iş olmayacaq. Bütün dünya bu məhkəməni izləyəcək”,- o, çıxışı zamanı bildirib.

Ruhani həmçinin vurğulayıb ki, baş vermiş hadisədən sadəcə bir şəxs günahlandırmamalıdır.

“Bu, sadəcə tətiyi çəkən şəxslə məhdudlaşmır, məsuliyyət daşıyan digərləri də var”, - o deyib.

Həsən Ruhani

Həsən Ruhani

Source: Foto: arxiv

İran mediası xəbər verir ki, İranın İnqilab Keşikçiləri keçən həftə təyyarənin vurulma anını lentə alan bir şəxsi nəzarətə alıb.

Londondakı iranlı bir jurnalist görüntüləri yayımlayaraq mənbəsinin etibarlı olduğunu bildirmişdi və İran hakimiyyəti səhv adamı həbs etmişdi. Jurnalist mənbənin Tehranda təhlükəsizlikdə olduğunu “Twitter” hesabında bildirmişdi.

Çərşənbə axşamı günü İranın Ədliyyə Nazirliyinin mətbuat katibi Qulamhüseyn İsmaili (Gholamhossein Esmaili) təyyarənin vurulması ilə əlaqədar bir neçə nəfərin saxlandığını bildirmişdi.

O əlavə edib ki, 30-a yaxın adam “qanunsuz toplantılarda iştirak etdiyinə görə” həbs olunub. Onun son hökumət əleyhinə etirazlara istinad etdiyi bildirilir.

“New York Times” xəbər verir ki, təhlükəsizlik kamerası görüntülərində təyyarəyə bir-birindən 20 saniyə aralıqla iki dəfə atəş edilib.

Bu, təyyarənin transponderinin raket zərbəsindən əvvəl niyə işini dayandırdığını izah edir. Belə ki, transponderin ilk raket zərbəsiylə sıradan çıxdığı deyilir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/s99miw

Most Viewed