Vidadi Qafarov

Source: https://teatro.az/

Caption: Vidadi Qafarov

Teatrşünas: Teatrlarımız yeniliyə açıq deyil

"Eyni tamaşaya baxmağa heç kimin həvəsi yoxdur"

Pandemiya səbəbindən Azərbaycan teatrlarına qoyulan qadağa aradan qalxır.

Teatrlar il yarımlıq fasilədən sonra - oktyabrın 1-dən açılır.

Teatrşünas Vidadi Qafarov Meydan TV-yə deyib ki, ənənəvi nümayişlər bərpa olunsa da, Azərbaycan teatrının dünyada tanınması üçün video çəkilişlərin böyük rolu ola bilər: “Azərbaycan teatrları pandemiya kimi ekstremal vəziyyətlərə hazır ola bilmədi. Teatrların vəziyyəti açıq-aydın ortaya çıxdı. Məlum oldu ki, dünyanın informasiya cəmiyyətində yaşadığı bir vaxtda teatrlarımız yeniliyə açıq deyil. Videoya çəkilən tamaşaların keyfiyyəti çox aşağıdır. Onlayn çəkilişlər tamam fərqlidir. Bizimkilər isə sadəcə, tamaşaları videoya çəkiblər. Pandemiya vaxtı videoya çəkilən tamaşalar müəyyən bir dövrdə göstərildi və bitdi. Eyni tamaşaya baxmağa heç kimin həvəsi yoxdur. Hazırda bütün dünyada beynəlxalq teatr festivalları, yaxud qastrol təşkilatçıları keyfiyyətli çəkilmiş videolarla işləyirlər. Videolara baxıb, tamaşanı festivala qəbul edib-etməmək qərarını verirlər. Bizdə də teatrların özünün nə maddi, nə texniki imkanları yoxdur. Bəzən baxırsan ki, normal tamaşadır, lakin çəkiliş aşağı səviyyədədir. Bu müddət ərzində onlayn festivallar oldu, tamaşalarımız orada iştirak edə bilərdi. Hesab edirəm ki, teatrlar bu məqamı diqqətdə saxlamalıdır”.

Azərbaycanda teatrların fəaliyyəti 2020-ci il martın 14-dən dayandırılmışdı.

Bu müddət ərzində ölkə teatrları onlayn platformalar vasitəsilə tamaşalar nümayiş etdirirdi.

Operativ Qərargahın 2021-ci il sentyabrın 24-də verdiyi qərarına əsasən, oktyabrın 1-dən mədəniyyət obyektlərinin - konsert zalları, kinoteatrlar və teatrların fəaliyyəti ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə oktyabrın 1-dən açılacaq.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/xa2t9m

Most Viewed