Bakı Apelyasiya Məhkəməsi

Source: arxiv

Caption: Bakı Apelyasiya Məhkəməsi

Teatrın İcra Hakimiyyətinə qarşı iddiası əsassız hesab olundu

ADO Ali Məhkəməyə müraciət edəcək

Bakı Apelyasiya Məhkəməsi Bakı Şəhər İcra Hakimiyyətinin ADO (Azərbaycan Dağınıq Oda teatrı) teatrına qarşı qaldırdığı iddianı təmin edib.

Məlumatı ADO teatrı yayıb.

Bildirilir ki, hakim Ülvi Mayılov 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin teatrın xeyrinə çıxardığı qərarı ləğv edib. Üstəlik, teatrın məhkəməyə üztutma səbəbi ilə qaldırdığı iddia əsassız elan olunub.

“ADO teatrı küçə performansları üçün 3 ildir ki, həm Mədəniyyət və Turizm Nazirliyinə, həm də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir. Hər iki qurum məsələni üzərindən atır və buna digər qurumun baxdığını söyləyir. ADO bununla bağlı məhkəməyə müraciət etdi və iddia təmin olundu. Biz bu qərarı tarixi və presedent bir qərar kimi görürdük. Lakin Bakı Apelyasiya Məhkəməsi həmin qərarın üstündən xətt çəkməyi bacardı”, - ADO teatrı bildirir.

ADO teatrı bir çox ölkələrdə, o cümlədən Gürcüstanda küçə tamaşaları göstərib, lakin teatrın Azərbaycanda küçə tamaşaları təşkil etməsi üçün icazə verilmir.

Mədəniyyət və Turizm Nazirliyi icazəni Bakı Şəhər İcra Hakimiyətinin, icra hakimiyyəti isə nazirliyin vermədiyini söyləyir. Teatr məsələni iki dövlət qurumunun öz aralarında həll etməsini istəyib, ancaq buna nail ola bilməyib.

ADO

ADO

Source: Meydan TV

Nəhayət, teatr 2019-cu ildə məhkəməyə müraciət edib. 2019-cu il dekabrın 30-da 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ADO teatrının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddianı təmin edib.

Sonra Bakı Şəhər İcra Hakimiyyəti məhkəmənin qərarından apelyasiya şikayəti verib. Məhkəmə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını ləğv edib.

Teatrın bu məsələ ilə bağlı yaydığı məlumatda teatrın rejissoru Elmin Bədəlov məhkəmənin qərarı ilə razı olmadığını və Ali Məhkəməyə üz tutacaqlarını deyir: “Əgər Ali Məhkəmə şikayətimizi təmin etməsə, Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəyik”, - o qeyd edib.

ADO teatrı 15 iyul 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Teatr Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınır.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/hqmwgb

Most Viewed