Taxta bazarında yanğın başlayıb (yenilənib)

“Yanğının söndürülməsi istiqamətində işlər aparılır”.

Source: Specify Source

***


18.50. Bazarda çalışanlar Meydan TV-yə bildiriblər ki, yanğın hələ davam edir, daha da şiddətlənib, nəticədə 5 nəfər zəhərləndiyi üçün xəstəxanaya aparılıb. Eyni zamanda, FHN-nin boruları partladığı üçün yanğınsöndürənlərin suyu kəsilib.

***


17.30. Son məlumata görə, yanğın nəticəsində iki nəfər xəsarət alıb.


Səhiyyə Nazirliyi xəsarət alanların FHN-in yanğınsöndürənləri olduğunu bildirib.


Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hadisə yerinə gəlib.


"Report"un xəbərinə görə, hələ yanğının qarşısını almaq mümkün olmayıb.

***

FHN III çağırış elan edib

Hazırda paytaxtın Nərimanov rayonu, Baksol yolu yaxınlığındakı “Dərnəgül” tikinti materialları bazarında yanğın başlayıb. Yanğın bazarın əsasən taxta materialları satılan hissəsini əhatə edir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri yanğının söndürülməsi üçün əraziyə cəlb olunub.

Məlumatı

FHN

yayıb.


Baku.ws

artıq ərazidə III çağırışla yanğınsöndürənlər və canlı qüvvə cəlb edildiyini qeyd edib:

“Yanğının söndürülməsi istiqamətində işlər aparılır”.

image_from_ios (5).jpg
bazarda yanğın
Ana səhifəXəbərlərTaxta bazarında yanğın başlayıb (yenilənib)