Andrey Tarkovski

Source: Foto: arxiv

Caption: Andrey Tarkovski

Tarkovskinin filminin ssenarisi satılıb

İlkin dəyəri 650 min rubl təşkil edən ssenarini hərracda 1,25 milyon rubla alıblar

12-ci stul” hərrac evi “Güzgü” filminin məhdud sayda tirajlanmış ssenarisinin əldə olunan nüsxələrindən birini satıb.

Rus kinorejissoru Andrey Tarkovskinin müəllifi olduğu filmin ssenarisi çəkiliş heyəti üçün məhdud sayda çap olunubmuş.

Hərraca çıxarılan nüsxədə Tarkovskinin imzası ilə ssenari Volodya adlı şəxsə hədiyyə olunubmuş.

İlkin dəyəri 650 min rubl təşkil edən ssenari hərracda 1,25 milyon rubla satılıb.

“Güzgü” (ssenari müəllifləri Aleksandr Mişarin, Andrey Tarkovski, 1974) avtobioqrafik filmdir.

Andrey Tarkovskinin prototipi olub, yalnız uşaqlıqda görünməklə, xatirələri, yuxuları canlandırmaqla kadrarxası müəllif mətnini səsləndirən Alekseyin həyatından bəhs edir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/2kc8j8

Most Viewed