Sumqayıtda Yaşıllaşdırma İdarəsinin işçisini maşın vurub

Vətəndaşın piyadalar üçün təyin olunmamış yerdən keçdiyi bildirilir

Foto: Meydan TV
Sumqayıt
Sumqayıt


Vətəndaşın piyadalar üçün təyin olunmamış yerdən keçdiyi bildirilir

Aprelin 9-da Sumqayıt şəhərində küçə təmizləyən şəxsi maşın vurub.

“Report”un məlumatına görə, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə

alınıb

.

DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə faktı təsdiqləyib. Bildirib ki, Sumqayıt Yaşıllaşdırma İdarəsinin işçisi, şəhər sakini Vidadi Rəsulov Koroğlu küçəsində yolu piyadalar üçün müəyyən olunmamış yerdən keçərkən Tariyel Xəlilovun idarə etdiyi “Opel Astra” markalı avtomobillə vurulub. V.Rəsulov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bu, son bir ayda küçə təmizləyicilərinin üzləşdiyi ikinci hadisədir. Bundan öncə, martın 27-də Bakının Sabunçu rayonu ərazisində “Kamaz” markalı avtomobil küçəni təmizləyən Salahova Cəmilə İsmayıl qızına dəyib, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə sosial şəbəkələrdə geniş müzakirə olunduqdan sonra Dövlət Yol Polisinin əməkdaşları Kommunal Təsərrüfat Birliyinin 100-ə yaxın işçisinə jilet paylayıb.

Bildirilib ki, 500-ə yaxın jilet də Bakı şəhərini əhatə edən rayonlarda fəaliyyət göstərən təmizlik işçilərinə veriləcək. Jiletlərin işıqqaytarma funksiyası var. Həmçinin 3 rejimdə xüsusi batareya ilə işləyir.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov deyib ki, əsas məqsəd yol qəzalarının qurbanı olan işçilərin həyatını təhlükədən qorumaqdır: “Bakı şəhəri ərazisində təmizlik işləri aparan şəxslərin avtomobillə vurulması böyük narahatlıq doğurur. Buna görə də qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zəruriliyi yaranıb. Magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslər üçün yeni geyimlər hazırlanıb. Bu gün təmizlik işləri aparan 500 nəfərə yeni geyimlər paylanılacaq. Bu geyimlərin əsas üstünlüyü üzərində xüsüsi işıq qaytarıcılarının olmasıdır. Həmin işıq qaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub”.

Məsələyə münasibət bildirən yol məsələləri üzrə ekspert Ərşad Hüseynov “Qafqazinfo”-ya

deyib

ki, yol hərəkəti qaydalarının 43- cü maddəsinə əsasən avtomagistrallarda piyadanın olması və onların yol keçməsi birmənalı olaraq qadağandır:

“Yəni, piyadanın ayağı avtomagistrala dəyməməlidir. Çünki magistrallarda icazə verilən sürət 110 km saatdır. Məntiq də budur ki, yüksək sürət varsa, orada piyada adam olmamalıdır. Düzdür, hava limanı yolu avtomagistral deyil. Amma çox təəssüf ki, orada avtomagistraldan da yüksək sürət (120 km saat) var. Deməli, 120 km saat olduğuna görə həmin yolda piyada olmamalıdır. O cümlədən kommunal təsərrüfat işlərini görən adamlar da yolda olmamalıdır. Həmin yollar texnika ilə yığışdırılmalıdır. Dünyanın hər yerində belə təcrübə var. Yüksək sürət olan küçələri insan əməyi ilə yox, texnikanın köməyi ilə təmizləyirlər”.

Ana səhifəXəbərlərSumqayıtda Yaşıllaşdırma İdarəsinin işçisini maşın vurub